Modern.az

Anar Məmmədov: “SOCAR Türkiyədə daha bir neft kimya kompleksi yaratmaq niyyətindədir”

Anar Məmmədov: “SOCAR Türkiyədə daha bir neft kimya kompleksi yaratmaq niyyətindədir”

10 Oktyabr 2019, 17:01

"SOCAR Türkiyədə İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycanlı jurnalistlərə açıqlamasında "Petkim"in Baş direktoru Anar Məmmədov bildirib.

A.Məmmədov qeyd edib ki, bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq:

"Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək".

 

Onun sözlərinə görə, 1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinin 2020-ci ildə başlayacağı planlaşdırılır:

""BP və “SOCAR Türkiyə” tərəfindən həyata keçiriləcək layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir