Arxiv
10 Oktyabr 2019, 20:42 | AKTUAL
Bakıda Türkmənistan bayramı

Bu gün Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

Modern.az  xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkmənistanın dövlət himnləri səsləndirilib.

Türkmənistanın ölkəmizdəki səfiri Məkan İşanquliyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb.

Azərbaycan-Türkmənistan əlaqələrindən bəhs edən diplomat deyib ki, qarşılıqlı münasibətlər bir çox sahələri əhatə edir. Səfir iki ölkə arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib.

Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan Hökuməti adından Türkmənistan xalqını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirib ki, 28 illik müstəqilliyi dövründə Türkmənistan böyük uğurlara imza atıb. Türkmənistan Mərkəzi Asiyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib.

“Dost ölkə olaraq biz sevinirik ki, Türkmənistan inkişaf edir, güclənir”,- deyən Baş Nazirin müavini Azərbaycan ilə Türkmənistan arasında yüksək səviyyəli əlaqələrin olduğunu xüsusi vurğulayıb. Ölkələrimiz arasında tarixən dostluq münasibətləri olub. Bu gün iqtisadi və siyasi sahələrdə əlaqələrimiz daha da genişlənir.

Prezident İlham Əliyevin hazırda Türkmənistanda işgüzar səfərdə olduğunu diqqətə çatdıran Əli Əhmədov ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lalə Abbasova Xaçmaz camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 10:10 Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı 27 Yanvar 2020, 10:05 Novruz Aslanov daha 2 kənddə oldu - FOTOLAR 27 Yanvar 2020, 09:59 Çinə səfəri planlaşdırılan iş adamlarına ÇAĞIRIŞ: “Risk etməyə dəyməz!” 27 Yanvar 2020, 09:52 İcra başçısına yeni 1-ci müavin təyin olundu 27 Yanvar 2020, 09:45 Avtomobillər geri çağırılır - Azərbaycanda isə dillerlər bu informasiyanı gizlədirlər 27 Yanvar 2020, 09:39 Vilayət Eyvazov yol polisinin rəisini işdən çıxardı 27 Yanvar 2020, 09:34 Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Yeddinci söz 27 Yanvar 2020, 09:27 Ermənilər 8 rayonumuzu atəşə tutdu 27 Yanvar 2020, 09:21 Fələstin lideri Trampın danışıq istəyini rədd edib 27 Yanvar 2020, 09:15 Bakıda daha bir məmur saxlanıldı - külli miqdarda vəsaiti mənimsəyib 27 Yanvar 2020, 09:09 Bu gün AŞPA-nın qış sessiyası başlayır 27 Yanvar 2020, 09:02 Məktəblərdə qış tətili başladı 27 Yanvar 2020, 08:56 Azərbaycanda zəlzələ olub 27 Yanvar 2020, 08:50 "Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 Bu gündən seçki bülletenlərinin çapına başlanılır 27 Yanvar 2020, 00:03 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53 İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb 26 Yanvar 2020, 20:45 ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb 26 Yanvar 2020, 20:35 Bakıda ağır qəza - FOTO 26 Yanvar 2020, 20:17 Elmar Musayev Gədəbəy seçicilərinin aşkar favoriti oldu - FOTOLAR 26 Yanvar 2020, 20:06 İranda uçuş zamanı təyyarədə yanğın olub 26 Yanvar 2020, 19:56 Nigeriyada Lassa qızdırmasından 29 nəfər ölüb 26 Yanvar 2020, 19:21
SORĞU Yeni parlamentdə kimlər olsun?