Modern.az

Bakıdan Dubaya uçan təyyarə İranda təcili eniş edib

Bakıdan Dubaya uçan təyyarə İranda təcili eniş edib

10 Oktyabr 2019, 22:21

Bakı-Dubay reysində uçan təyyarə Şirazda təcili eniş edib.

Modern.az  APA-ya istinadən xəbər verir ki,  bunu Şirazın Şəhid Dəstğeyb adına beynəlxalq hava limanının rəhbəri Ehsan Ostovar deyib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 13:36-da “Fly Dubai” hava yollarına məxsus “737 B” saylı reysində uçan təyyarənin pilotu ekipaj kabinetində tüstü müşahidə etdiyi üçün Şiraz hava limanında təcili eniş edib.

O bildirib ki, Bakıdan Dubaya uçan təyyarədə 124 sərnişin və 6 ekipaj üzvi olub ki, onların hamısı təxliyyə olunub.

E.Ostovar deyib ki, xarici şirkət sərnişinlərin Şirazdan Dubaya çatdırılması üçün təyyarə göndərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ