Modern.az

“Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF  

“Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF  

20 Oktyabr 2019, 12:03

“Azərbaycan müharibə şəritində yaşayan ölkədir. Düşmənlərimiz bizim tariximizi çox zaman saxtalaşdırmağa, öz xeyrinə uyğun istifadə etməyə çalışırlar. Ona görə, bizdə tarixi məlumatlar yayan telekanal mütləq olmalıdır”.

 

Bunu Modern.az-a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov deyib. O, Azərbaycanda tarixi məlumatlar çatdıran telekanalın açılmasını təklif edib:

“Mən bununla bağlı təcrübəyə xarici ölkələrdə rast gəlmişəm. Məsələn, Polşada bir deyil, hətta iki telekanal yalnız bu dövlətin tarixindən bəhs edən verilişlərə ayırılıb. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün televiziya kanalının açılmasına ehtiyac var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi