Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, 75 yaşlı Hacıbala Abutalıbov 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı olub.
21 aprel 2018-ci ildə Baş nazirin müavini təyin edilib. O, daha əvvəl Bakı şəhəri Suraxanı rayonunun icra başçısı işləyib.