Arxiv
21 Oktyabr 2019, 18:37 | AKTUAL
XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatını şərh edib.

 

XİN-dən Modern.az-a verilən məlumata görə, L. Abdullayeva bildirib ki, gənc demokratik ölkə olan Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ təmin olunub.

 

O vurğulayıb ki, bir qrup insanın sərbəst toplaşmaq hüququ digər qrup insanların hüquqlarının pozulması hesabına təmin oluna bilməz: “Bunu hamıdan yaxşı Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bilməsi gərəkdir. 19 oktyabr tarixində bir qrup şəxsin mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən bu mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyən edilib. Mitinq müraciəti edən şəxslər qəsdən toqquşma yaratmaq məqsədilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd ediblər və hüquq-mühafizə orqanları bu qanunsuz aksiyanın qarşısını almağa məcbur olub. Polis kübar və mədəni davranış nümayiş etdirib və heç kim ciddi xəsarət almayıb. Aksiyada iştirak edənlərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, digər şəxslərlə bağlı isə işlərinə müvafiq qaydada baxılıb qərar qəbul ediləcək”.

 

XİN rəsmisi qeyd edib ki, komissarın bəzi Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməsi yaxşı olardı: “Bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hər hansı bir şəkildə faydalı adlandırıla bilməz, əksinə Azərbaycana münasibətdə ikili standartların tətbiq edilməsi kimi qiymətləndirilməlidir. Bir daha vurğulayıram ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları təmin olunur və ölkənin hüquq-mühafizə orqanlarının əsas vəzifəsi məhz bu azadlıqların keşiyində durmaqdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş redaktor erməni əsilli olması ittihamına cavab verdi: “Anaların milliyəti olmur” - QALMAQAL 23 Noyabr 2019, 03:35 Rusiya televiziyası azərbaycanlı Şeyxdən veriliş hazırladı 23 Noyabr 2019, 03:06 İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı TAPILDI 23 Noyabr 2019, 02:54 Mehriban Əliyeva Valentina Matviyenko ilə şam yeməyində - FOTOLAR 23 Noyabr 2019, 02:24 Türkiyədə bir ilk - Qadın futbol klubunun prezidenti seçildi 23 Noyabr 2019, 02:22 "Qalatasaray” öz meydanında “Başakşəhər”ə uduzdu 23 Noyabr 2019, 02:17 Şəkər sabah dəfn olunacaq: Atasının Rusiyadan gəlməsini gözləyirlər 23 Noyabr 2019, 00:46 Türkiyədə 3,7 bal gücündə zəlzələ oldu 23 Noyabr 2019, 00:27 Argentina 17 "siyasi" səfirini geri çağırır 23 Noyabr 2019, 00:14 Polşada erməni təxribatının qarşısı alındı 22 Noyabr 2019, 23:58 Azərbaycan neftinin qiyməti dəyişdi 22 Noyabr 2019, 23:40 "Sumqayıt"ın prezidenti mükafat verəcək 22 Noyabr 2019, 23:23 ABŞ-dan İrana növbəti sanksiya 22 Noyabr 2019, 23:04 Prezidentdən 12 min illik göllə bağlı təlimat 22 Noyabr 2019, 22:49 "Böyük komandayıqsa, belə məğlubiyyətləri tez yaddan çıxarmalıyıq" - Qurban Qurbanov 22 Noyabr 2019, 22:34 Leyla Əliyeva Moskvada müzakirələr apardı - FOTO 22 Noyabr 2019, 22:14 Tofiq Yaqubludan ağır ittiham: Mühacir alveri qalmaqalı böyüyür 22 Noyabr 2019, 21:57 Rusiya telekanalları Mehriban Əliyevanın səfəri barədə reportajlar yayımlayıb 22 Noyabr 2019, 21:34 "Qarabağ" "Sumqayıt"la bacarmadı 22 Noyabr 2019, 21:20 Vladimir Putin Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib - FOTOLAR 22 Noyabr 2019, 21:06 Bərdəli gənc qızdırmadan ölüb 22 Noyabr 2019, 20:47 ABŞ-la Gürcüstan  hərbi əməkdaşlıq edəcək 22 Noyabr 2019, 20:33 Samuxdakı avtoqəzada iki qardaş xəsarət alıb 22 Noyabr 2019, 20:16 “Xəzər dialoqu 2019” forumunun tarixi bilindi 22 Noyabr 2019, 20:03 Azərbaycan AYİB-in donor ölkələr icmasına qoşulub  22 Noyabr 2019, 19:50 Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb - FOTO 22 Noyabr 2019, 19:35 Arıqlama həbləri bu xəstəliklərə səbəb olur 22 Noyabr 2019, 19:24 Azərbaycanın Almaniyadakı səfirliyi Köln şəhərində səyyar qəbul təşkil edəcək 22 Noyabr 2019, 19:10 "Azərbaycan Dəmir Yolları"ndan qəzayla bağlı AÇIQLAMA 22 Noyabr 2019, 19:00 Mərdəkan Müalicə Pansionatı istifadəyə verildi 22 Noyabr 2019, 18:42 İstirahət günlərinin hava PROQNOZU  22 Noyabr 2019, 18:30 Polislər üçün yaddaş kitabçası hazırlandı 22 Noyabr 2019, 18:26 Əbülfəs Qarayev müşavirə keçirdi 22 Noyabr 2019, 18:21 Prokuror olmaq istəyən 30 nəfər uğur qazandı 22 Noyabr 2019, 18:10 Əli Hüseynli: “Azərbaycan və Rusiya arasında münasibətlər yeni mərhələyə keçib” - MÜSAHİBƏ 22 Noyabr 2019, 18:01