Modern.az

Lavrov və digər məşhurlar deputat mandatından imtina etdilər

Lavrov və digər məşhurlar deputat mandatından imtina etdilər

Dünya

Bu gün, 14:04

Rusiya xarici işlər naziri Sergey Lavrov, Moskva meri Sergey Sobyanin, uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belova və hərbi jurnalist, Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin baş direktorunun müavini Yevgeni Poddubnı hakim “Vahid Rusiya” partiyasından Dövlət Dumasına deputat mandatlarından imtina ediblər.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.

Eyni qərarı Rusiya Prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev və Dövlət Dumasına seçkilərdə partiyanın regional qruplarına rəhbərlik edən bir sıra region rəhbərləri də qəbul ediblər.

Onların arasında Tatarıstanın rəhbəri Rustam Minnixanov, Kursk vilayətinin qubernatoru Aleksandr Xişteyn, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər region rəhbərləri var.

Ümumilikdə, təxminən 60 nəfər Dövlət Dumasının deputat mandatından imtina edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?