Modern.az

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri bitib - VİDEO - FOTO

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri bitib - VİDEO - FOTO

Aktual

21 Oktyabr 2019, 18:46

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında enerji infrastrukturunun mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması məsələlərinin işlənilməsi üzrə keçirilən təlimin məqsədi gəmi birləşmələri tərkibində birgə fəaliyyətin təşkili olub.

 

Təlimdə qüvvələrin idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib, gəmi birləşmələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi hazırlıqları yoxlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir