Arxiv
22 Oktyabr 2019, 10:47 | AKTUAL
Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı

Müasir dünya inkişaf etdikcə bütün müştərilərə kütləvi şəkildə aksiyalar təqdim edilməsi öz aktuallığını itirir. Qlobal şirkətlər artıq hər bir müştəriyə fərdi yanaşma tətbiq edərək öz xidmət səviyyəsini yüksəldir. Kapital Bank da yerli bankçılıq sahəsində bu istiqamətdə ilk addımı ataraq, EVAM Streaming Analytics platformasını tətbiq etməyə başlayıb.

 

Modern.az xəbər verir, sözügedən platforma ani data əsasında müştəri profilinin analizinə uyğun olaraq doğru zamanda doğru addımlar atmağa imkan verir.

 

Kapital Bank-ın Baş Marketinq İnzibatçısı Samir Məmmədovun dediyinə görə indiyə qədər müştərilər kütləvi mesajlar alırdılarsa, artıq EVAM platformasının tətbiqindən sonra müştərilər yalnız onlara uyğun olan məlumatı alacaqlar. Belə ki, müştəri kartla və ya BirBank mobil tətbiqində əməliyyat edən zaman həmin əməliyyata və onun fərdi profilinə uyğun olan kampaniyaları, eləcə də başqa faydalı məlumatları əldə edəcək. Hansı müştəriyə, hansı anda, hansı təklifin və ya məlumatın maraqlı ola biləcəyi isə data modelləşdirmənin köməyi ilə təyin olunur. Bununla da individual müştəri səviyyəsində seqmentləşdirmə etmək mümkün olub.

 

“Tətbiq etdiyimiz EVAM platforması vasitəsilə hər bir müştəriyə onun üçün xüsusi hazırlanan təkliflər, ona maraqlı ola biləcək yeniliklər və ya məlumatlandırıcı mətnlər gerçək zamanda göndərilir. Misal üçün, müştəri PIN şifrəni 3 dəfə səhv yığıb və onun kartı bloklanıb. Kart bloka düşən anda müştəriyə BirBank-a daxil olub kartın PIN şifrəsini yeniləyərək, blokdan çıxarılması haqqında SMS və ya BirBank vasitəsilə bildiriş göndərilir. Və ya başqa bir misal çəkim. Bəzən olur ki, müştərilər kreditin ödəniş vaxtını unudurlar. EVAM vasitəsilə hər bir müştəri öz kreditinin son ödəniş tarixinə 3 gün qalmış ödəmə vaxtının yaxınlaşdığı və ödənişi ən rahat hansı üsulla ödəyə biləcəyi barədə bildiriş alır”, - deyə Samir Məmmədov bildirib.

 

“Bildiyiniz kimi 430 000-ə yaxın istifadəçisi olan BirKart taksit kartının ölkə üzrə 3 000-ə qədər partnyoru vardır. Və bu partnyorlarda alış-veriş edərkən müştəri əlavə faiz və ya komissiya ödəmir. Ola bilər ki, müştəri alış-veriş etdiyi hər hansı bir mağazanın BirKart-ın partnyorlar siyahısında olduğunu bilmir və orada BirKart vasitəsilə sadəcə nağdsız ödəniş edir. Bu zaman dərhal müştəri mağazanın BirKart partnyoru olması və məhsulu faizsiz  taksitlə alaraq, dəyərini müvafiq olaraq 18 ayadək müddətə bərabər hissələrlə ödəyə biləcəyi barədə bildiriş alır. Bundan başqa BirBank vasitəsilə bonus ürəklər toplayan müştərilər, ürək balansları hansısa bir hədiyyəyə dəyişə biləcəkləri miqdara çatdığı anda, həmin hədiyyələr haqda bildirişlər alacaqlar”, - deyə S. Məmmədov qeyd etdi.

 

Hazırda Kapital Bank-da bu tipli innovativ layihələr çoxdur. Layihələri gerçəkləşdirmək üçün həvəsli və daima öz üzərində işləyən İT və Data Analitiklər üçün vakansiyalar mövcuddur. Maraqlanan şəxslər öz CV-lərini və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48 Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ 19 Noyabr 2019, 15:42 Dövlət Agentliyi yeni çəkilən yolda yaranan çatların səbəbini araşdırır - RƏSMİ 19 Noyabr 2019, 15:35 UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir 19 Noyabr 2019, 15:27 Bir daha AŞBAZ sözünün yazılışı haqda 19 Noyabr 2019, 15:20 İbrahim Məmmədov: “Ayaz Mirzəyevlə əməkdaşlığa ümid edirəm!” 19 Noyabr 2019, 15:12 “Məhkəmə özəl ekspertlə dövlət eksperti arasında qalacaq…” - I vitse-spiker 19 Noyabr 2019, 15:04 “Arif Hacılıya və Müsavat Partiyasına yazığım gəlir” - Rauf Arifoğlu 19 Noyabr 2019, 14:49 Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu 19 Noyabr 2019, 14:47 Parlamentdə diaspor müzakirələri: Görülən işlər təqdir olundu 19 Noyabr 2019, 14:42 İcra başçısı sakinlərin problemləri ilə maraqlanıb - FOTO   19 Noyabr 2019, 14:36 İsgəndər Həmidov siyasətdən GETDİ 19 Noyabr 2019, 14:30 Azərbaycanda vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu 19 Noyabr 2019, 14:22 Ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarımız 19 Noyabr 2019, 14:18 Benzinin doğurduğu alov: İran etirazların öhdəsindən gələ biləcək? 19 Noyabr 2019, 14:16 Azərbaycana daxili orqanında narkotik keçirmək istədi 19 Noyabr 2019, 14:13