Modern.az

Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub”

Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub”

Dünya

23 Oktyabr 2019, 17:22

ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında Suriyadakı vəziyyətlə bağlı yeni açıqlamalar paylaşıb.

Modern.az xəbər verir ki, Türkiyə və Rusiyanın imzaladığı Soçi protokolundan sonra prosesləri ilk dəfə şərh edən Amerika prezidenti bildirib ki, Suriya əməliyyatı yekunlaşıb:

“Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub. Təhlükəsiz bölgə yaradıldı. Atəşkəs elan edildi və müharibə sona çatdı. Kürdlərin təhlükəsizliyi təmin olunub və bizimlə çox yaxşı çalışdılar. Həbs edilən İŞİD-çilərin vəziyyəti təminat altına alındı. Sabah 11:00-da (Bakı saatı ilə 19:00) Ağ Evdə mətbuat konfransı olacaq. Təşəkkür edirəm".

Qeyd edək ki, oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya prezidentləri arasında Suriyaya dair razılaşma əldə edilib və tərəflər 10 maddəlik Niyyət Protokolu imzalayıblar. Bundan sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Suriyada əməliyyatları dayandırdığını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı