Arxiv
23 Oktyabr 2019, 20:45 | AKTUAL
“Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi

"Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi bəzi qruplar tərəfindən birtərəfli və təhrif olunmuş şəkildə təqdim edilib. Avropa İttifaqının bununla bağlı verdiyi tələsik bəyanat da həqiqəti əks etdirmir. Həddən artıq güc tətbiqi və onlarla insanın saxlanılması barədə bəyanatlar həqiqətə uyğun deyil".

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” portalında dərc olunmuş məqaləsində bildirilir.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam şəkildə təmin olunub. Bakı Şəhər İcra Hakimiyyəti müxalif qrupun mitinq keçirmək müraciətinə cavab olaraq şəhərin Lökbatan ərazisini təklif etmişdi. Lakin sözügedən qrup bundan imtina etdi. Onlar Bakı metrosunun “28 May” stansiyası ərazisində razılaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əsasən metro stansiyaları ərazilərində kütləvi mitinqlər və nümayişlər keçirmək təhlükəsizlik məsələləri ilə əlaqədar qadağandır. Həmin qrupun oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdu. Lakin onlar bunu hərəkətin sıx olduğu vaxtda mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar.

Oktyabrın 19-da keçirilən mitinqdə Azərbaycan polisinin peşəkar davrandığını qeyd edən Prezident Administrasiyasının rəsmisi saxlanılan şəxslərə xəbərdarlıq ediləndən sonra azad olunduqlarını bildirib. Heç kim xəsarət almayıb. Bəzi şəxslərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatları yalandan başqa bir şey deyil.

Hikmət Hacıyev məqalədə Avropa ölkələrinin paytaxtlarında dinc nümayişlər zamanı rezin güllələrdən və itlərdən istifadə edilməklə həddən artıq güc tətbiq olunduğunu xatırladıb. O vurğulayıb ki, Bakıdakı aksiyanın əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsi nümayiş etdirmək idi. Bu etirazın əsas məqsədi vəziyyəti dramatikləşdirmək və qurban obrazı yaratmaq idi. Onlar daxili və xarici ictimai dəstək əldə etmək istəyirdilər. Onların 90-cı illərin əvvəlində həyata keçirdikləri siyasət Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə və müvəffəqiyyətsizliklə üz-üzə qoymuşdu. Anarxiya, küçə etirazları, populizm və demaqogiya onların istifadə etdikləri vasitələrdir.

Sonda Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyeva daha bir şəhid ailəsinə ev tikliməsilə bağlı göstəriş verdi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25 Hacıqabulda reydlər davam edir - FOTO 11 İyul 2020, 14:20 Yağış xəstəxananın hasarını uçurdu - FOTOLAR 11 İyul 2020, 14:12 Azərbaycanda bu şəxslər 500 manatadək cərimələnəcək 11 İyul 2020, 14:05 Deputat: Soydaşlarımızın girov saxlanması Ermənistanın cinayət əməllərinin sübutudur 11 İyul 2020, 13:57 “Murov qartalı”nın doğum günü qeyd olundu - FOTO 11 İyul 2020, 13:50 Mərkəzi Bank bağlanan banklarla bağlı yeni məlumat YAYDI 11 İyul 2020, 13:42