Arxiv
27 Oktyabr 2019, 10:08 | ÖLKƏ
Prezident Administrasiyasında da 3 yeni təyinat gözlənilir

Akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad ediləndən sonra onun yerinə kimin təyin olunacağı medianın gündəmində müzakirə olunmaqdadır.

İndi diqqətlər Prezident Administrasiyasına yönəlib. Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yeni təyinat olacaq, yoxsa həmin vəzifə bəzi kluarlarda söylənildiyi kimi, ləğv olunacaq? İstənilən halda bu məsələ ölkə başçısının səlahiyyətlərinə aid olduğundan bütün sualların dəqiq cavabı da Prezidentdən asılıdır.

Yeri gəlmişkən, Ramiz Mehdiyevin yola salınmasından sonra Prezident Administrasiyasında vakant vəzifələrin sayı 3-ə çatıb.

Modern.az-ın məlumatına görə, Əli Əsədovun Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri  vəzifəsindən azad edilib, Baş Nazir postuna aparılmasıyla (8 oktyabr 2019 tarixdə) həmin kürsü də boşalıb.

Daha əvvəl isə Administrasiyanın İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin rəhbərliyində vakansiya yaranmışdı. Həmin şöbənin müdiri Rövşən Nəcəf (2018-ci ilin mayında təyin edilmişdi-red.) bu ilin mayında Vergilər Nazirliyinin yeni yaradılmış Maliyyə Monitorinq Xidmətinin direktoru vəzifəsinə aparılmışdı.

Beləliklə, Prezident Administrasiyasında üç yüksək vəzifəyə təyinat gözlənilir.

Bununla yanaşı, ölkə Prezidenti tərəfindən son günlərdə aparılan struktur və kadr islahatlarının yeni dalğası barədə xəbərlər var.

Hökumətdə yeni dəyişikliklərin olacağını Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov da Modern.az-ın sualını cavablandırarkən təsdiqləyib.  

"İslahatların miqyası göstərir ki, burada söhbət artıq yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxanda yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük, fiskal sferada radikal islahatlar və şəffaflaşmanın şahidi olduq, məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır".

Elman Rüstəmov deyib ki, islahatların dalğası gəlir və onun əhatəsi daha da genişlənəcək:

"Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazar qüvvələrinə və xarici investisiyalara arxalanmaq dayanır".


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mövludun mübarək, Həsən Məmmədov! 21 Noyabr 2019, 23:30 Yeni Açıq Hökumət Fəaliyyət Planı müzakirə edildi 21 Noyabr 2019, 23:19 "Ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb" - Mehriban Əliyeva 21 Noyabr 2019, 23:01 Qaladakı qəzada ölən bir ailənin dörd üzvü dəfn edilib - FOTO, VİDEO 21 Noyabr 2019, 22:46 Futbol Federasiyasının rəhbəri istefa verdi 21 Noyabr 2019, 22:29 İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı evdən apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32