Arxiv
6 Noyabr 2019, 12:34 | DÜNYA
Bərzani də Türkiyənin terrorla mübarizəsini kölgələməyə qarşı çıxdı - AÇIQLAMA

Türkiyənin terrorla mübarizəsini kölgələmək üçün PKK və törəmələri yerinə israrla “kürdlər” deyilməsinə və Türkiyənin kürdlərlə problemi varmış kimi təqdim edilməsinə İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Necirvan Bərzani də qarşı çıxıb.

 

“Türkiyənin əvvəldən bəri Suriyadakı kürdlərlə bir problemi yoxdur, sadəcə PKK ilə var.”

 

Modern.az xəbər verir ki. bu sözləri, Ərbildəki Yaxın Şərq Araşdırma İnstitutu (MERI) tərəfindən təşkil edilən bir paneldə Suriya və PKK ilə əlaqədar çıxışında Türkiyənin Suriya kürdləri ilə hər hansı bir problemi olmadığını vurğulayan İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Necirvan Bərzani deyib.

 

Bərzani Türkiyə tərəfinin “Biz heç bir şəkildə Suriya ilə sərhədlərimizdə PKK əsgilərini həzm edə bilmərik" mövqeyinin ona çatdırıldığını bildirib: “Bunun Suriyadakı qardaşlarımız üçün də böyük bir təhlükə olduğunu söyləməyə çalışdıq”.

 

PKK-nın Suriyadakı mövcudluğuna reaksiya göstərən Bərzani eyni zamanda qeyd edib ki, “Yeganə istəyimiz kürdlərin PKK ilə aralarına məsafə qoymalarıdır. PKK özünü Suriya kürdləri vasitəsilə legitimləşdirmək istədi və təəssüf ki bu gün bu nöqtəyə gəlib çıxıldı”.

 

Məlum olduğu kimi, başda ABŞ, Avropa və Rusiya olmaq üzrə bəzi ölkələr Türkiyənin PKK terroruna qarşı mübarizəsilə bağlı açıqlamalarında PKK yerinə şüurlu şəkildə “kürdlər" ifadəsini istifadə etməkdədir.

 

Sözügedən mövqe Türkiyənin cənub sərhəddində yaradılmağa çalışılan terror dəhlizini yox etməyə hesablanıb. Türkiyənin bölgəyə sülh və əmin-amanlıq gətirmək məqsədilə başlatdığı “Sülh Çeşməsi” əməliyyatı isə davam edir.

 


“PKK-nın Türkiyə kimi ABŞ və Avropanın da terror təşkilatları siyahısında yer almasına baxmayaraq, nümayiş etdirilən bu davranış, ölkəmizin bu gün də davam etdirdiyi və son 30 illik terrorla mübarizə prosesini təhrif edir.

 

Suriya və İraqdakı müharibədən qaçan kürdlər Türkiyəyə sığınır, ölkəmiz etnik mənşə, din və məzhəb ayrı-seçkiliyi etmədən vətəndaşlara qucaq açır. Həmçinin kürd əsilli vətəndaşlar, Türkiyənin terrorla mübarizəsi əsnasında PKK-nın hərəkət etdiyi ərazilərdən qaçır”, - deyə Türkiyənin Azərbaycandakı sədriliyinin mətbuat xidmətindəın Modern.az-a bildirlib


Qeyd edilib ki, bu vəziyyət Türkiyənin mübarizəsinin kürdlərlə deyil, PKK və törəmələri olan SDG/PYD/YPG adı altında fəaliyyət göstərən terror təşkilatları ilə olduğunun vacib sübutlarından biridir.

“Türk Silahlı Qüvvələri, Sülh Çeşməsi əməliyyatı zamanı Aİ və NATO tərəfindən də terror təşkilatı kimi qəbul edilən PKK-nın Suriya qanadı olan PYD/YPG ünsürlərini və onlara aid sığınacaq, mövqe, silah, avadanlıq və materialları hədəf alıb.

 

PYD/YPG terror təşkilatının münaqişənin əvvəlindən bu yana kürdlər başda olmaqla bölgə xalqına qarşı təzyiq və qorxutma siyasəti apardığı, yerli xalqı zorla evlərindən didərgin saldığı göz qabağındadır. PYD/YPG-nin etnik təmizləmə başda olmaqla insanlığa qarşı törətdiyi cinayətlər, müstəqil beynəlxalq təşkilatlar tərəfindən də rəsmiləşdirilib”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR 17 Noyabr 2019, 17:52 “Qarabağ” - “Düdelanj” matçının biletləri satışa çıxarılır 17 Noyabr 2019, 17:34 Azərbaycanlı deputat Belarusda parlament seçkilərini izlədi 17 Noyabr 2019, 16:53 Keçmiş döyüşçü Albert Aqarunovun komandirlərinin unudulmasına ETİRAZ ETDİ 17 Noyabr 2019, 16:49 Xamenei benzinin bahalaşmasını DƏSTƏKLƏDİ - Etirazlar böyüyür 17 Noyabr 2019, 16:22 “SİRAB” ASC-nin sədri şirkətə qarşı kampaniyaya etirazını bildirdi 17 Noyabr 2019, 16:20 “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam” - Prezident 17 Noyabr 2019, 16:18 Xərçəngdən əziyyət çəkənlərə dəyərli MƏSLƏHƏTLƏR 17 Noyabr 2019, 16:14 Həkimlər prezidentin həyatını xilas edib 17 Noyabr 2019, 16:03 Gürcüstanda müxalifət yürüş keçirib – FOTO 17 Noyabr 2019, 15:52 Rektordan tələbələrə daha 10 tövsiyə 17 Noyabr 2019, 15:29 Bakıda ağır qəza - 2 ölü, 2 yaralı 17 Noyabr 2019, 13:56 “İrandakı iğtişaşlarda azərbaycanlılar üçün də təhlükə var” - Siyasi mühacir 17 Noyabr 2019, 13:37 Sabahın hava PROQNOZU açıqlandı 17 Noyabr 2019, 13:02 “Sizin “izzəti –nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu?” - Əli Həsənov 17 Noyabr 2019, 12:25 Benzinin qiyməti İranda iğtişaşlar yaratdı - 12 ölü... 17 Noyabr 2019, 12:14 Ağlagəlməz QATİLLƏR 17 Noyabr 2019, 11:59 Naxçıvanda hərbi təlim yekunlaşdı - VİDEO 17 Noyabr 2019, 11:34 “525-ci qəzet” 25 YAŞINDA... 17 Noyabr 2019, 11:28 Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir 17 Noyabr 2019, 11:23 Şagirdləri “Bakı Metropoliteni”nə apardılar - FOTOLAR 17 Noyabr 2019, 11:05 Siyasətin Əliləri... - Həsənovlardan Kərimliyədək... 17 Noyabr 2019, 10:56 Akademik Əhliman Əmiraslanovun doğum günüdür 17 Noyabr 2019, 10:51 Nənə və 4 nəvəsi dəm qazından boğulub öldü 17 Noyabr 2019, 10:39 Qol.az saytı 11 yaşına çatdı 17 Noyabr 2019, 10:28 Belarusda parlament seçkisi keçirilir 17 Noyabr 2019, 10:22 Azərbaycan “Tokio 2020” Olimpiadasına 10 vəsiqə qazanıb 17 Noyabr 2019, 10:17 Avro-2020-nin seçmə mərhələsində 9-cu tur yekunlaşdı - NƏTİCƏLƏR 17 Noyabr 2019, 10:08 Ermənistan atəşkəsi 23 dəfə pozub 17 Noyabr 2019, 10:05 Mehriban Əliyevadan Azərbaycan xalqına TƏBRİK: “Əmin-amanlıq əbədi olsun! 17 Noyabr 2019, 10:02 Aksiya zamanı 147 nəfər saxlanılıb 17 Noyabr 2019, 00:53 Güclü qara görə məktəblər bağlandı 17 Noyabr 2019, 00:37 Türkiyədə zəlzələ oldu 17 Noyabr 2019, 00:19 Azərbaycan xalqının Dirçəliş Günü - VİDEO 17 Noyabr 2019, 00:00 “Qrupdakı bütün komandalar Azərbaycan yığmasından yaxşıdır” - Nikola Yurçeviç 16 Noyabr 2019, 23:56