Modern.az

Salyanda avtomobil aşıb, ölən və yaralananlar var

Salyanda avtomobil aşıb, ölən və yaralananlar var

8 Noyabr 2019, 18:50

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

 

Bakı şəhər sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin - 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb.  

 

Avtomobilin sürücüsü və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.   

 

Faktla bağlı araşdırma aparılır

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir