Arxiv
9 Noyabr 2019, 12:01 | AKTUAL
Türkiyədən gələn nümayəndə heyəti Azərbaycandakı maaşlarla maraqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Türkiyə Respublikası Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin nümayəndə heyəti ilə görüş olub.

Nümayəndə heyəti Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Sosial Müdafiə Qurumunun sədri  Dr. Mehmet Selim Bağlı, Qurumun Pensiya Xidmətləri Baş İdarəsinin müdiri İsmail Yılmaz, Ümumi Tibbi Sığorta Baş İdarəsinin müdir müavini Emre Aydın və Qurumun mütəxəssisi Onur Öztürk, Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyinin Xarici əlaqələr baş idarəsinin mütəxəssisi Dr. Selim Dağlıoğludan ibarət olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları, ölkəmizin dayanıqlı inkişafı şəraitində sosial sahədə əldə edilən irəliləyişlər barədə məlumat verib. Azərbaycanda aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayan nazir müavini əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımları qeyd edib. 2019-cu ildə reallaşdırılan sosial paketlərin sosial ödənişlərin, əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin  ciddi şəkildə artırılmasını təmin etdiyini və 4,2 milyon insanın həyatına mühüm sosial dəstək olduğunu deyib.

 

A.Kərimov əmək, məşğulluq, sosial təminat sistemlərinin müasir texnologiyalar üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə şəffaf və operativ təşkili sahəsində əldə olunan innovativ təcrübələri diqqətə çatdırıb. Cari ilin əvvəlindən pensiyaların avtomatlaşdırılmış təyinatı mexanizminə keçildiyini və bu proaktiv xidmətin digər sosial təminat növləri üzrə də tətbiqinin genişlənməkdə olduğunu, artıq müavinətlər sahəsində yeni elektron təyinat təcrübələrinin də formalaşdığını bildirib. 

 

Nazir müavini pensiya təminatı, əlillik, reabilitasiya sahələrində davam edən islahatları qeyd edib. Əmək bazarının tənzimlənməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətlərində görülən kompleks tədbirlər, idarəçilik mexanizmlərinin optimallaşdırılması üçün aparılan işlər barədə məlumat verib. O, sosial cəhətdən həssas qruplar üçün inklüziv əmək bazarının inkişafı tədbirlərindən, özünüməşğulluq və digər aktiv məşğulluq layihələrindən bəhs edib. O, qardaş Türkiyə ilə digər sahələrdə olduğu kimi, sosial sahədə də əməkdaşlıq əlaqələrinin ildən-ilə genişləndiyini vurğulayıb.

 

Dr. M.S.Bağlı və nümayəndə heyətinin digər üzvləri Azərbaycanda dayanıqlı inkişaf proseslərinin, sosial sahədə mühüm addımların atılmasının, müasir iş təcrübələrinin formalaşdırılmasının şahidi olmaqdan məmnunluqlarını qeyd ediblər. Qonaqlar DOST layihəsi, elektron xidmətlərin sosial sahədə geniş tətbiqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər tədbirlər barədə müsbət təəssüratlarını bölüşüblər.

Görüş zamanı hər iki ölkədə sosial sahədə, o cümlədən sosial müdafiə sisteminin gücləndirilməsi və innovativ yanaşmalar üzərində qurulması istiqamətində aparılan islahatlar, aktiv sosial dəstək tədbirlərinin genişləndirilməsi məqsədilə görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb. İkitərəfli əməkdaşlığın, qarşılıqlı maraq doğuran fəaliyyət sahələri üzrə təcrübə mübadilələrinin miqyasının daha da genişləndirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda da görüş keçirib, Fondun fəaliyyəti, buradakı müasir Qəbul Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda itkin düşən sabiq deputatın meyiti tapıldı 21 Noyabr 2019, 22:13 Biləcəridə 12 yaşlı qızı maşın vurdu 21 Noyabr 2019, 21:55 QHT-lərə xəbərdarlıq: Məlumatlandırma sessiyaları başlayır 21 Noyabr 2019, 21:39 Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində  - FOTO 21 Noyabr 2019, 21:17 “İmkan olacaqsa, Sumqayıt bulvarını genişləndirməliyik” - PREZİDENT 21 Noyabr 2019, 20:59 Bu yollarda sürət həddi endirildi 21 Noyabr 2019, 20:44 İlham Əliyev AXC-Müsavat dövründən danışdı: “Yalvarırdılar, mən bunun şahidiyəm” 21 Noyabr 2019, 20:29 Dadaş Dadaşlinskidən Elxan Məmmədova atmaca - VİDEO 21 Noyabr 2019, 20:16 “Erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər”  - İlham Əliyev, YENİLƏNİB     21 Noyabr 2019, 20:00 Bakıda əcnəbi vətəndaşın pulunu kirayə qaldığı apardılar 21 Noyabr 2019, 19:55 Ağcabədidə toy karvanında qəza olub, ölən və yaralananlar var – FOTO 21 Noyabr 2019, 19:47 Ermənistan Futbol Federasiyasının sədri istefa verib 21 Noyabr 2019, 19:24 Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali rütbələr verdi - SƏRƏNCAM 21 Noyabr 2019, 19:05 Rəsmi Bakı Paşinyana CAVAB VERDİ: “Öz xalqını aldatmaq cəhdidir” 21 Noyabr 2019, 18:53 İsrail Prezidenti Knessetə üç həftə vaxt verdi 21 Noyabr 2019, 18:42 Oqtay Əsədov: “Rusiya ilə yüksək siyasi dialoq iqtisadi sahəyə də təsir göstərir” 21 Noyabr 2019, 18:29 “Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir 21 Noyabr 2019, 18:18 “Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatını tərəflər müəyyənləşdirməlidir 21 Noyabr 2019, 18:10 Yevda Abramov xəstəxanaya yerləşdirildi 21 Noyabr 2019, 17:53 Mehriban Əliyeva Rusiya Prezidenti ilə görüşəcək 21 Noyabr 2019, 17:38 Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq - ADLAR 21 Noyabr 2019, 17:37 Bakıda “Porsche Cayenne”nin sürücüsü yolu kəsdi - Tıxac yaratdı - VİDEO 21 Noyabr 2019, 17:29 İlham Əliyev 70 yaşlı deputatla bağlı sərəncam verdi 21 Noyabr 2019, 17:22 İctimai Nəzarət Şuralarının Forumu keçirilsin – Jurnalist təşkilatından TƏKLİF 21 Noyabr 2019, 17:15 Kürəkəni Sarkisyana 20 milyon dollarlıq hədiyyə edib 21 Noyabr 2019, 17:09 İlham Əliyev Daxili İşlər nazirini qəbul etdi 21 Noyabr 2019, 17:03 Macarıstanın məşhur caz ifaçısı Bakıda: “Bu, sanki odun üstünə neft tökməyə bənzəyirdi” - MÜSAHİBƏ 21 Noyabr 2019, 16:58 BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA 21 Noyabr 2019, 16:56 Sumqayıtda 100 binanın təmiri üçün 6 milyon manat ayrıldı 21 Noyabr 2019, 16:44 BDU-nun zəhərlənən tələbələrinin FOTOSU 21 Noyabr 2019, 16:37 “Mehriban Əliyevanın Rusiyaya səfəri diplomatiyamız üçün böyük əhəmiyyət kəsb edir” - Deputat 21 Noyabr 2019, 16:32 Əli Həsənov Ata Abdullayevi QINADI: “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, belə səviyyəsiz...” 21 Noyabr 2019, 16:25 Bu şəxslərə prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:24 Prezident Təhsil Nazirliyinə 2 milyon manat pul ayırdı 21 Noyabr 2019, 16:21 Sumqayıtda yeni “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM 21 Noyabr 2019, 16:18