Modern.az

Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR

Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR

14 Noyabr 2019, 10:17

Nazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli 300 nömrəli qərarında dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

 

Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının Maliyyə naziri

 

Kollegiyanın üzvləri:

 

Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini

 

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

 

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət

 

Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir