Modern.az

“Naxçıvana ayrılan maliyyə yardımı 90 milyon manata yaxın artırılıb”

“Naxçıvana ayrılan maliyyə yardımı 90 milyon manata yaxın artırılıb”

14 Noyabr 2019, 13:39

“2020-ci ilin büdcəsinin yeni büdcə təsnifatı əsasında tərtibatı müstəqil təhlilləri xeyli çətinləşdirib”.

 

Modern.az xəbər verir ki, iqtisadçı Rövşən Ağayev yeni təsnifatda əsas dəyişikliklərdən biri dövlət büdcəsindən ayrılan qrantların büdcə xərclərində əks olunması məsələsinə aydınlıq gətirib:

 

“2019-cu il də daxil olmaqla, indiyədək Naxçıvan Muxtar Respublikasına verilən dotasiya iqtisadi təsnifatda (250000 təsnifat kodu) "subsidiya və cari transferlər" maddəsi altında əks olunurdu. 2020-ci ildən etibarən isə Naxçıvana maliyyə yardımları "Qrantlar və digər ödənişlər" maddəsi (təsnifat 260000 kodu) altında əks olunub. Bir tərəfdən də bu dəyişikliyə paralel olaraq Naxçıvana ayrılan maliyyə yardımı 90 milyon manata yaxın artırılıb”.

 

Ekseprt qeyd edib ki, reallıqda dövlət büdcəsindən qrantlara ayrılan vəsaitin 6 dəfə artması sırf təsnifat dəyişikliyilə bağlıdır:

 

“Əksinə Naxçıvana verilən qrantlar nəzərə alınmasa, 2019-cu ildə büdcə qrantlarının həcmi 100 milyon manata yaxın olub, 2020-ci ildə isə təxminən 26 milyon manat proqnozlaşdırılır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır