Modern.az

QAT hədələdi: “Erməni jurnalistlərin Bakıya gəlişinə imkan verməyəcəyik!”

QAT hədələdi: “Erməni jurnalistlərin Bakıya gəlişinə imkan verməyəcəyik!”

14 Noyabr 2019, 16:28

Qarabağ Azadlıq Təşkilatı (QAT) erməni jurnalistlərin noyabrın 17-də Bakıya səfər edəcəkləri ilə bağlı məlumatlara sərt reaksiya verib.

Modern.az-ın məlumatına görə, QAT bununla bağlı bəyanat verib.

“Birmənalı şəkildə bildiririk ki, bu səfər Azərbaycanın maraqlarına cavab vermir, ermənilərin işğalçı və ilhaqçı siyasətinə xidmət edir. Yayılan məlumatda bu səfərin “qarşılıqlı etdimadın yaradılması”na xidmət etdiyi qeyd olunur. Azərbaycanın torpaqları işğal altındadırsa, Ermənistanın quldur rəhbəri  “Dağlıq Qarabağ Ermənistanındır” hədyanları ilə çıxış edirlərsə, hansı “etimad mühitindən” danışmaq olar?!”,-bəyanatda deyilir.

 QAT hesab edir ki, erməni jurnalistlərin Bakıya gəlişi milli qürurumuzu ayaqlar  altına atır.

“Biz hər kəsi bu antimilli prosesdən geri çəkilməyə çağırırıq. Etimad mühiti yalnız  torpaqlarımız, Qarabağımız işğaldan azad edildikdən sonra yaradıla bilər.

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bildiririk ki, işğalçı Ermənistan rejiminin jurnalist adı altında ölkəmizə göndərilən casuslarının, terrorçularının qarşısını istənilən vasitələrlə alacaq, onların hər hansı tədbirə qatılmalarına imkan verməyəcəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...