Qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metrostansiyası yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəllər qeyd edilən ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb.
Nəticədə
- Piyada təhlükəsizliyi təmin edilib;
- Sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub;
- 14 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200.000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir;
- Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.
Qeyd edək ki, gündəlik olaraq bu yoldan istifadə edən hərəkət iştirakçıları, xüsusən də ictimai nəqliyyat istifadəçiləri görülən işlərdən razlıqlarını ifadə ediblər.