Modern.az

Tələbələrin işlə təminatı üçün imkanlar yaradılır

Tələbələrin işlə təminatı üçün imkanlar yaradılır

15 Noyabr 2019, 12:27

Bakı Mühəndislik Universitetinin (BMU) Müəssisələrlə iş və karyera departamentinin təşkilatçılığı ilə “Ramco” QSC-nin nümayəndələri universitetin Mühəndislik fakültəsinin İnşaat mühəndisliyi ixtisasında təhsil alan IV kurs tələbələri üçün təqdimat keçiriblər.

 

Modern.az xəbər verir ki, tədbirdə belə bir təqdimatın ilk olaraq BMU-da keçirildiyi bildirilib və şirkətin fəaliyyəti haqqında ümumi məlumat təqdim edilib. Eyni zamanda, iş təcrübələrinə əsaslanaraq inşaat sahəsində tələbələrə tövsiyələr verilib, indiki biliklərin onlara gələcəkdə necə yararlı olacağından söz açılıb. Şirkətdə yerli inşaat, konstruktor və smeta mühəndislərinin işə cəlb edilməsinə böyük ehtiyac olduğu diqqətə çatdırılıb. 

   

Sonra IV kurs tələbələrinə imtahan keçirilib. İmtahanın təşkilində məqsəd istehsalat təcrübəsinin şirkətdə keçirilməsi və təcrübəni uğurla bitirən tələbələrin işlə təmin olunmasıdır. Birinici mərhələdən uğurla keçən tələbələr şirkətdə müsahibə mərhələsinə dəvət ediləcək.

   

Qeyd edək ki, “Ramco” QSC-nin fəaliyyətinə boru kəmərlərin tikintisi, su təchizatı, kanalizasiya sistemləri və çirkab su təmizləyici qurğularının tikintisi daxildir. Hazırda şirkət ölkənin müxtəlif bölgələrində bir sıra layihələrin tikintisini həyata keçirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir