Modern.az

Krım zooparkında cırtdan donuzlar məhv edildi - SƏBƏB

Krım zooparkında cırtdan donuzlar məhv edildi - SƏBƏB

Aktual

15 Noyabr 2019, 21:11

Krım yarımadasında zooparkların birində 20-dən çox cırtdan donuz məhv edilib.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, hadisə baytarların şikayətindən sonra baş verib.

Qeyd olunur ki, baytarlar bir neçə dəfə həmin donuzların açıq sahədə olmalarının və müştərilərin onlarla sıx təmasının təhlükəsi barədə xəbərdarlıq edib.

Həmin donuzların quduzluğa qarşı peyvənd edilmədikləri iddia olunub.

Bundan başqa, zoopark müştərilərə həmin donuzları yemləməyə imkan yaratdığı üçün cərimələnib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür