Modern.az

Avtobus yandı: azərbaycanlılar təxliyyə edildi

Avtobus yandı: azərbaycanlılar təxliyyə edildi

Aktual

19 Noyabr 2019, 00:39

Noyabrın 18-də səhər Batumi-Tiflis istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.

Modern.az  Axar.az-a istinadən xəbər verir ki, avtobusda 50-dək sərnişin olub. Onların arasında Azərbaycan vətəndaşları da var. Sərnişinlər vaxtında təxliyə olunublar.

Məlumata görə, avtobus Türkiyənin "Metro Georgia” şirkətinə məxsusdur. Hələlik yanğının hansı səbəbdən baş verməsi barədə məlumat verilmir.

Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa, konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımi yardımlar göstəriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!