Modern.az

Bu rayonda qazın verilişində fasilələr olacaq

Bu rayonda qazın verilişində fasilələr olacaq

Aktual

20 Noyabr 2019, 09:45

Bu gün saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr yaranacaq.

 

Bu barədə Modern.az-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

C.Səfərov bildirib ki, fasilələr həmin rayonda əhalinin istiliklə təchizatı üçün görüləcək vacib işlərin icrası ilə əlaqədardır:

 

“Belə ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək”.

 

Onun sözlərinə görə, həmçinin Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək:

 

“Bu işin icrası üçün bu gün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı