Modern.az

“Odlar Yurdu” boksçuları Almaniyada qələbə qazandılar

“Odlar Yurdu” boksçuları Almaniyada qələbə qazandılar

20 Noyabr 2019, 10:57

Almaniyada ölkəmizi təmsil edən “Odlar Yurdu” İdman Klubunun (“Land des Feuers e.V.”) təşkilatçılığı ilə noyabrın 16-da Köln şəhərində boks yarışı keçirilib.

 

Modern.az xəbər verir ki, yarışda "Baku Fight Club" idman klubunun döyüşçüsü Nicat Həsənov rəqibi - Ukrayna təmsilçisi Ramiz Zhelezniak üzərində uğurlu qələbə çalıb.

 

Gecənin əsas döyüşü olan, "Odlar Yurdu” İdman Klubunun ağır çəkili döyüşçüsü Hussein Muhammad ilə Yakup Saglam arasında baş tutmuş döyüş, gərgin keçən 10 raundun sonunda xal hesabı ilə "Odlar Yurdu”nun təmsilçisinin qələbəsi ilə bitib. Bununla yanaşı, yarışmada müxtəlif ölkələri təmsil edən 16 peşəkar boksçu reytinq döyüşləri keçirib və döyüşlərin hər biri böyük maraqla izlənib.

 

“Odlar Yurdu” İdman Klubunun meneceri Azad Əzizov və promouter Anar Axundzadə yarışda iştirak edən idmançılara mükafat və diplomlarını təqdim edərək, onları klubun təşkilatçılığı ilə yaxın gələcəkdə baş tutacaq növbəti yarışlarda iştirak etməyə dəvət ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır