Arxiv
21 Noyabr 2019, 14:07 | AKTUAL
Əli Həsənov Avropadan qaytarılan azərbaycanlı mühacirlərdən DANIŞDI

"Biz Qərbin liberal həyat tərzini, məsələlərə liberal yanaşmasını anlayırıq. Amma öz ölkəsində həm ictimai-siyasi, həm iqtisadi, həm də bütövlükdə bir vətəndaşlıq sahəsində ciddi nümunələr göstərə, özünü tapa bilməyən, ayrı-ayrı səbəblərdən  vətənini tərk edib xaricə gedənlərin yerləşdirilməsi sahəsində formalaşan bu biabırçılığı pisləyirik".

Modern.az xəbər verir ki, bu sözləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O qeyd edib ki,  bəzi müxalif partiyaların, o cümlədən onların müxtəlif nümayəndələrinin bu işlə məşğul olduğunu çoxdan bilirdilər:


"Biz bunu dəfələrlə bəyan edirdik. Ancaq təəssüf ki, bəzi müxalifət partiyaları bunu etiraf etmirdilər ki, nəyə görə onların fəaliyyəti ilə bağlı uydurma arayış hazırlamaqla xaricə göndərirdilər? Onların orada yaşadığı həyat tərzini də, qaçqın kamplarında yaradılan şəraiti də bilirdik.
Azərbaycan dövlətinin dəyanətli, dəyərli bir vətəndaşı olmaq hissi onlar üçün yaradılmış komfort şəraitlə əvəz oluna bilməzdi. Ona görə də biz əvvəlcədən bunun əleyhinə idik. Azərbaycan dövləti geri qayıdan vətəndaşlarının yerləşdirilməsi, onların işlə təmin olunması, yenidən ölkəmizin layiqli vətəndaşına çevrilməsi üçün əlindən gələn hər şeyi edir və edəcək. Düşünürəm ki, bu yola düşənlər, xüsusən də Azərbaycan vətəndaşlarını xarici ölkələrə saxta yollarla aparılmasında iştirak edən insanlar özlərinin layiqli cəzasını alacaqlar. Bundan sonra Azərbaycan vətəndaşları Azərbaycan dövlətinin və respublikanın sağlam qüvvələrinin, dövlətçiliyin ətrafında sıx birləşəcəklər".


Prezidentin köməkçisi həmçinin, mühacirlərin ölkəyə qaytarılmasından sonra onların  müxtəlif bəhanələrlə həbs ediləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib. O qeyd edib ki, bunların heç bir əsası yoxdur:

"Əlbəttə, onların hər birinin fəaliyyəti Azərbaycanda araşdırılır, araşdırılacaq. Kim hansı yolla ölkəni tərk edibmiş, kim xarici ölkələrə hansı adla gedib müəyyən olunandan sonra Azərbaycan vətəndaşlarının hər biri üçün - yaxşısı, pisi, nümunəvi ya qeyri-nümunəvi üçün də bu ölkədə yaşayış, iş, fəaliyyət göstərmə şəraiti yaratmağa borcluyuq. Azərbaycan dövləti prezident İlham Əliyevin siyasətinin təməlində insan, vətəndaş amili və onun maraqları dayanır. Ona görə, Azərbaycana qayıdan, qaytarılan o insanların hər birinin gələcək həyatını qurması üçün lazımi şərait yaradılacaq, dəstək veriləcək. Cinayət törətmiş - cinayətin törədilməsində qrup halında və ya şəxsi formada iştirak etmiş insanlara qaldıqda isə onlarla bağlı müvafiq olaraq hüquq-ühafizə orqanları araşdırma aparır. Nəinki təkcə bizim hüquq-mühafizə orqanları, o cümlədən gördüyünüz kimi Almaniyanın, Fransanın, Avropanın hüquq-mühafizə orqanları araşdırma aparır. Bu işdə cinayətə əli bulaşmış insanlar da layiqli cəzalarını alacaqlar".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37 Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır 4 İyul 2020, 11:32 Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb 4 İyul 2020, 11:25 Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir” 4 İyul 2020, 11:12 Xətaidə qanunsuz kafe işlədən şəxs 2 min manat cərimələndi 4 İyul 2020, 10:57 Daxili İşlər Nazirliyinin əməkdaşlarının məzuniyyəti təxirə salınıb? 4 İyul 2020, 10:56 Parisdə yanğın - ölən var 4 İyul 2020, 10:43