Modern.az

Rusiya televiziyası azərbaycanlı Şeyxdən veriliş hazırladı

Rusiya televiziyası azərbaycanlı Şeyxdən veriliş hazırladı

Aktual

23 Noyabr 2019, 03:06

Rusiya televiziyasının "uzunömürlü" "Hakimiyyətin formulu" verilişinin uzun illərdir tamaşaçılar arasında çox populyar olması heç kimə sirr deyil. Onun əvəzsiz müəllifi və aparıcısı həmvətənimiz, TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmandır.

Modern.az xəbər verir ki, TASS agentliyindən AZƏRTAC-a bildiriblər ki, qarşıdan gələn istirahət günləri tamaşaçıları sevimli veriliş ilə yeni görüş gözləyir. Onun qəhrəmanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadədir. "Hakimiyyətin formulu" silsiləsindən növbəti film şənbə günü, noyabrın 23-də saat 00.30-da və bazar günü, noyabrın 24-də səhər saat 08.10-da "Rossiya-24" telekanalının efirində nümayiş etdiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü