Arxiv
2 Dekabr 2019, 13:47 | PARLAMENT
Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət OLUNDU - MƏTN

Milli Məclisin iclasında parlamentin buraxılması ilə bağlı qərar layihəsi oxunub. Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib.

Modern.az xəbər verir ki, parlamentin vitse-spikeri Bahar Muradova "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsini oxuyub.

Qərar layihəsində qeyd edilib ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub:

Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmaqdadır. 

Eyni zamanda, bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur.

Azərbaycan Respublikasının Milli Məclisi ölkədə həyata keçirilən islahatların daha da genişlənməsi və dərinləşməsi prosesindən kənarda qalmamalı, islahatların qanunvericilik orqanını da əhatə etməsi məqsədilə dövlətçilik nümunəsi göstərməlidir. Bu baxımdan, Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin Sədrinə müraciət edərək belə vəziyyətdə parlament fəaliyyətinin həyata keçirilməsinin mümkün olmayacağı qənaətinə gəldiklərini və növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bildirmişlər. Həmin müraciətin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı digər partiyaları təmsil edən deputatların, habelə heç bir partiyaya mənsub olmayan deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyası təmsilçilərinin bu təşəbbüsü ilə həmrəylik nümayiş etdirərək parlament fəaliyyətinin yaranmış vəziyyətdə davam etdirilməsinin mümkünsüz olduğunu bəyan etmişlər.

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının mütləq əksəriyyətinin parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqelərinin mövcudluğunun parlamentin öz fəaliyyətini davam etdirməsinin qarşısını aldığı nəzərə alınaraq, deputatların ölkə vətəndaşları tərəfindən yenidən seçilməsi zəruridir. Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir.

Yuxarıda şərh edilənlərə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Konstitusiyasının 98¹-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edilsin”.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 deputat lehinə olmaqla qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. 1 deputat isə səsvermədə iştirak etməyib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft 60 dollardan ucuz satılır – koronavirusa görə 27 Yanvar 2020, 10:31 Los Ancelesdə Ermənistanı  ifşa edən film nümayiş etdirilib 27 Yanvar 2020, 10:27 Seçki bülletenlərinin çapına başlanıldı 27 Yanvar 2020, 10:21 Ziyad Səmədzadə kiçik və orta bizneslə məşğul olan seçicilərlə görüşüb - FOTO - VİDEO 27 Yanvar 2020, 10:15 Lalə Abbasova Xaçmaz camaatı ilə bir arada - Fotolar 27 Yanvar 2020, 10:10 Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı 27 Yanvar 2020, 10:05 Novruz Aslanov daha 2 kənddə oldu - FOTOLAR 27 Yanvar 2020, 09:59 Çinə səfəri planlaşdırılan iş adamlarına ÇAĞIRIŞ: “Risk etməyə dəyməz!” 27 Yanvar 2020, 09:52 İcra başçısına yeni 1-ci müavin təyin olundu 27 Yanvar 2020, 09:45 Avtomobillər geri çağırılır - Azərbaycanda isə dillerlər bu informasiyanı gizlədirlər 27 Yanvar 2020, 09:39 Vilayət Eyvazov yol polisinin rəisini işdən çıxardı 27 Yanvar 2020, 09:34 Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Yeddinci söz 27 Yanvar 2020, 09:27 Ermənilər 8 rayonumuzu atəşə tutdu 27 Yanvar 2020, 09:21 Mahmud Abbas Trampın danışıq istəyini rədd edib 27 Yanvar 2020, 09:15 Bakıda daha bir məmur saxlanıldı - külli miqdarda vəsaiti mənimsəyib 27 Yanvar 2020, 09:09 Bu gün AŞPA-nın qış sessiyası başlayır 27 Yanvar 2020, 09:02 Məktəblərdə qış tətili başladı 27 Yanvar 2020, 08:56 Azərbaycanda zəlzələ olub 27 Yanvar 2020, 08:50 "Azərbaycan dövləti həmişə vətəndaşının yanındadır" - Elazığdan dönən tələbə 27 Yanvar 2020, 01:04 Əfsanəvi basketbolçu helikopter qəzasında ölüb 27 Yanvar 2020, 00:23 "İsmayıllıdakı qəzada bir ailənin 3 üzvü ölüb" - DYP  26 Yanvar 2020, 23:49 Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir - FOTOLAR 26 Yanvar 2020, 23:28 Yüksək narkotik qəbul edən şəxs hamamda öldü 26 Yanvar 2020, 23:12 Gəncədə yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirib 26 Yanvar 2020, 22:44 ABŞ səfirliyinə raket atıldı 26 Yanvar 2020, 22:29 Zaur Məmmədov Cəbrayıl qəsəbəsində seçicilərlə görüşdü - FOTOLAR 26 Yanvar 2020, 22:11 Bir sutkada Suriyaya 981 qaçqın qayıdıb 26 Yanvar 2020, 21:56 Seçicilər hə” dedilər... -  Turanda görüşlər 26 Yanvar 2020, 21:46 Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR 26 Yanvar 2020, 21:41 Tovuzda qardaş qardaşı bıçaqlayıb 26 Yanvar 2020, 21:22 Gürcüstan-Azərbaycan sərhədində yeni keçid məntəqəsi tikiləcək 26 Yanvar 2020, 21:06 Araz Hüseynov namizədliyini Azay Quliyevin xeyrinə geri götürdü - FOTO 26 Yanvar 2020, 20:53 İmişli sakini Goranboyda naməlum şəraitdə ölüb 26 Yanvar 2020, 20:45 ABŞ-da təhlükəli virusa yoluxanların sayı artıb 26 Yanvar 2020, 20:35 Bakıda ağır qəza - FOTO 26 Yanvar 2020, 20:17
SORĞU Yeni parlamentdə kimlər olsun?