Arxiv
2 Dekabr 2019, 18:15 | AKTUAL
Əbülfəs Qarayev beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Dekabrın 2-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya, Özbəkistan və Qazaxıstandan qonaqları qəbul edib.

 

Nazir qonaqları salamlayaraq ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Nazirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Azərbərpa Elmi Tədqiqat Layihə İnstitutu, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi, eləcə də Təhsil Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti haqqında məlumat verib.

 

Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra institutları ilə sıx əməkdaşlıq qurduğunu bildirən nazir Memarlıq və İncəsənət İnstitutu ilə əlaqələri xüsusi qeyd edib. Bildirib ki, dünyada memarlıq irsinin qorunması üzrə tələblər artıb. Bu gün fərqli mədəniyyətlərin bir araya gəlməsi diqqət mərkəzindədir. Əbülfəs Qarayev Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb, bu təşəbbüsün artıq qlobal platformaya çevrildiyini vurğulayıb.

 

Sovet dönəmində mədəniyyət siyasətinin xüsusiyyətlərinə toxunan nazir müasir dövrdə oxşar çətinliklərlə üzləşən post-sovet ölkələrinin qloballaşmanın diktə etdiyi rəqəmsal transformasiyaya uyğunlaşmalı olduğunu və kreativ sənayelərə daha çox diqqət ayırmaqla yeni konseptual yanaşmaların tətbiqinə ehtiyac yarandığını bildirib. O, ölkəmizdə bu istiqamətə həyata keçirilən layihələr haqqında məlumat verib.

 

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə "İncəsənətdə Nəsimi obrazı" mövzusunda beynəlxalq elmi konfrans barədə danışıb. Bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən elmi tədbir müxtəlif ölkələrdən mütəxəssisləri bir araya gətirib.

 

Qonaqlar da öz növbəsində ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin, həyata keçirilən müxtəlif layihələrin onların marağına səbəb olduğunu diqqətə çatdırıblar.

 

Rusiyanın Krasnodar Dövlət Mədəniyyət İnstitutunun prorektoru, professor Nikolay Denisov iqtisadi elitanın, maliyyəçilərin ölkənin yaradıcı elitası ilə təmasının inkişaf etdirilməsinin XXI əsrdə mədəniyyətin sənayeləşməsinə və özəl sektor tərəfindən dəstəklənməsinə müsbət təsirindən danışıb.

 

Sonda Özbəkistan Rəssamlıq Akademiyası Kəmaləddin Behzad adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru, professor Nodirbek Sayfullayev qonaqlar adından səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, xatirə hədiyyəsi təqdim edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59 Azərbaycanda koronavirusdan ölənlərin yaş qrupları açıqlandı 29 May 2020, 18:51 Gəncə və Naxçıvana uçuşlar bu tarixdə bərpa olunacaq 29 May 2020, 18:47 Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır 29 May 2020, 18:43 Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər 29 May 2020, 18:40 Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgədə olub - RƏSMİ 29 May 2020, 18:36 Gələn həftə Britaniyadan Azərbaycana çarter reysi təşkil olunacaq 29 May 2020, 18:32 Hansısa rayonda ocaq aşkarlanarsa, orda xüsusi karantin rejiminin tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 18:25 Tibbi maska ilə bağlı cərimə Milli Məclisdə müzakirə olunur 29 May 2020, 18:17 Maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq - İbrahim Məmmədov 29 May 2020, 18:10 Azərbaycanda koronavirusa yoluxma sayı rekord həddə çatı - daha 2 nəfər vəfat etdi 29 May 2020, 18:03 Operativ Qərargah brifinq keçirir - Canlı yayım 29 May 2020, 18:00 Pərvin Kərimzadə: “Qobu Park-3” ardıcıl və məqsədyönlü siyasətin davamıdır   29 May 2020, 17:58 UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib 29 May 2020, 17:51 Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib 29 May 2020, 17:46 Qüvvədə qalan qadağaların tam SİYAHISI 29 May 2020, 17:40 Böyük Britaniya honkonqlulara vətəndaşlıq verə bilər 29 May 2020, 17:35  Kinoteatr və əyləncə mərkəzləri  BAĞLI QALDI 29 May 2020, 17:28 Maska taxmaq məcburi olan yerlərin TAM SİYAHISI 29 May 2020, 17:26 Bu tarixdən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 29 May 2020, 17:21 Kafe-restoranların iş saatı uzadıldı 29 May 2020, 17:15 Açıq havada keçirilən idman yarışlarına icazə verildi 29 May 2020, 17:08 Dörd əsrdən çox yaşı olan konyak 146 min dollara satıldı 29 May 2020, 17:03 İri ticarət mərkəzləri və “Mall”lar bu tarixdə AÇILIR 29 May 2020, 16:58 Mayın 31-dən bu qadağalar ləğv olunur - Rəsmi açıqlama 29 May 2020, 16:52 Bazarlarda maska taxmaq məcburi oldu 29 May 2020, 16:40 İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi 29 May 2020, 16:33 İbadət yerlərinə, elm və səhiyyə müəssisələrinə maskasız daxil olmaq QADAĞAN OLUNDU 29 May 2020, 16:27