Modern.az

\"Azərbaycanla BƏƏ arasında  arasındakı əməkdaşlıq yüksək səviyyədədir\" - Səfir

\

2 Dekabr 2019, 20:56

Bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yaranmasının 48-ci ildönümü qeyd edilib.

Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Alqubaisi deyib ki, BƏƏ hər zaman sülh və əməkdaşlıq təşəbbüslərini dünyaya çatdırmaq üçün fəaliyyət göstərib.

O bildirib ki, ölkəsi dünyanın müxtəlif dövlətləri ilə dostluq və yüksək səviyyəli münasibətlər qurmağa can atır.

M.Alqubaisi söyləyib ki, BƏƏ pasportunun indeksinin güclənməsi və “Pasport indeksi” göstəricilərinə görə liderliyini davam etdirməsi ölkəsinin diplomatiyasının əldə etdiyi ən böyük uğurlardan biridir.

Səfir BƏƏ ilə Azərbaycan arasındakı əlaqələrdən də söz açıb.

Onun sözlərinə görə, BƏƏ ilə Azərbaycan arasındakı əməkdaşlıq, yüksək səviyyəli ikitərəfli münasibətlər qarşılıqlı hörmət əsasında qurulub.

“Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı şəkildə artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin, BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir”, - deyə səfir əlavə edib.

Diplomat qeyd edib ki, bu göstəricilər və nailiyyətlər iki ölkə arasında mövcud əlaqələrin inkişafına töhfə verən birgə səylərin nəticəsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır