Modern.az

ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir

ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir

Aktual

8 Dekabr 2019, 00:42

ABŞ radikal islamçı “Taliban” hərəkatı ilə danışıqları bərpa edib.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, ABŞ nümayəndələri Qətərin Doha şəhərində “Taliban”la danışıqlar aparır.

Məlumatda bildirilir ki,  müzakirələrdə əsas diqqət zorakılıq səviyyəsinin azaldılması olacaq. Bu da öz növbəsində ölkədə atəşkəsə səbəb olacaq.

Xatırladaq ki, ABŞ ilə “Taliban” hərəkatı arasındakı danışıqlar sentyabr ayında Kabildə törədilən terror hücumu zamanı aralarında amerikalı hərbçilər də olduğu 12 nəfərin öldürülməsindən sonra Prezident Tramp tərəfindən dayandırılmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!