Arxiv
10 Dekabr 2019, 13:35 | ƏDƏBİYYAT
“Quzubasan” Mazanın məzəli işdəkləri

Akif Cabbarlı


Sovetlər İttifaqı dövründə  Azərbaycanın Qərb bölgəsinin ən iri yaşayış məskənlərindən hesab olunan “N” kəndində Mazan adlı bəstəboy, amma həddindən artıq şişman bədənli bir kişi yaşayırdı. Uzaq illərdə kənd təsərrüfatı üzrə ali-orta təhsil alan Mazanı günlərin birində yerli kolxoza sədr seçirlər. Seçirlər deyəndə ki, Rayon Partiya Komitəsinin birinci katibi iclas çağırıb kolxoza rəhbərliyi ona tapşırır. Protokolda da yazırlar ki, bəs Mazan yekdilliklə kolxoz idarə heyətinin sədri seçilir.


Mazan işgüzar adam idi, yaxşı ideyaları vardı. Səmimi olması, adamlarla dil tapmaq bacarığı onu qısa müddətdə kənd camaatının sevimlisinə çevirir. Amma Mazanın bircə şakərindən xoşları gəlmirmiş. Bu da sədrin həddən çox yeməyi, doyub-dolanmaması ilə bağlı idi. Mazanın bir xasiyyəti vardı ki, o da ancaq quzu əti, özü də hələ mələməmiş quzu əti yemək istəyi idi. Çolpaya, hinduşkaya yaxın durmazdı. “Mən canavar oğlu canavaram, tülkü deyiləm ki, toyuq-cücə yeyəm. Mənimki qara quzunun kişmiş kimi ətidir, qovurun gətirin, basım bədənə daaa”.

Bu xasiyyətinə görə camaat ona ayama da qoşmuşdu – quzubasan Mazan.


Mazan səhərlər adəti üzrə iclas çağırar, briqadirlərə, idarə işçilərinə tapşırıqlarını verər, sonra da cındırından cin hürkən “UAZ” maşınına minib kəndin küçələrini əriş-arğac edərdi. Seçmə yolla, şahmat üsulu ilə hər beş-üç darvazanın birinin qənşərində maşını saxladar, sürücüyə ev yiyəsini çağırmağı əmr edərdi. Ev sahibi keçəyə çıxıb sədrlə ədəb-ərkanla görüşər, hal-əhval tutar, kefini soruşardı.


- Kefim necə olacaq, bir azdan nahar fasiləsidir, mədəm də ki, ac quzular kimi mər-mər mələyir.


Bu söz ev yiyəsi üçün həlli vacib mesaj rolunu oynayırdı.


- Əşi, nə danışırsan, quzular qurbandır sənə, kəsim hazırlayım, günorta buyurun, nuş edin.


Beləliklə quzubasan Mazanın işi yoluna qoyulurdu. Amma sədrin bu adəti artıq xroniki xəstəlik mahiyyəti aldığından camaat da bezməkdə idi. Mazan ac qurd olub daraşmışdı kənd quzularının canına. Məsələ onda idi ki, heç vaxt quzuların haqqı ödənmirdi, bəxtsiz məxluqlar sədrin qurbanına çevrilirdi. Adamlar heyvanları bazara çıxarıb, əvəzində qənd-çayla, pal-paltarla qayıtmaq istəklərini heç cür həyata keçirə bilmirdilər. Mazanın gündəlik mədə tələbatını ödəmək artıq əzab-əziyyətli bir prosesə çevrilmişdi. Heç kim də canının dərdindən dinmirdi, sadəcə, kolxoz sədri ilə kəllə-kəlləyə gəlmək istəmirdilər.


Günlərin birində Mazan yenə adəti üzrə kəndin baş küçəsi ilə reydə çıxmışdı. Say-seçmə ağsaqqallardan olan Əmrulla kişinin darvazasında maşınını saxlatdırıb, ev sahibini çağırdı. Unutmuşdu ki, elə keçən bazar bu həyətdən qurbanlıq çıxartdırmışdı. Əmrulla kişi bu dəfə Mazana yalan deməkdən özünü saxlaya bilmədi:


- Yoldaş sədr, sənin də, mənim də əziz canımız üçün məhlədə bir dənə də “məəə” deyən qalmayıb. Dünən gədə hamısını çıxarıb bazara, dəyər-dəyməzinə satıb, çıxıb gedib Bakıya. Nə isə ona pul lazım olub, çarəm qalmadı, razılaşdım.


- Nə danışırsan, a kişi, yəni mən bu gün quzusuz qalmalıyam? Gör neynirsən...


- Sədr, dedim axı...


- Heyləmi? Yaxşı, Əmrulla, indi qağan quzunun yerini sənə göstərər deyib, Mazan əlini qulağının dibinə qoydu. Sonra qəşəng bir mələrti qopardı – məəə. Elə bu vaxt evin zirzəmisi sarıdan xorla bir mələşmə qopdu ki, sanki hansısa orkestr məşhur simfonik əsəri ifa edirdi – məəə.


Mələrti kəsilən kimi quzubasan Mazan sürücüsünə təpindi:


- Ədə, aç o zirzəminin ağzını, ilk çıxan quzunu al qucağına, bas maşına.


Sonra da Əmrullaya sarı çevrilib nərildədi:


- Bu dəfə əziyyəti sənə vermirəm, özümüz kəsib, özümüz də bişirəcəyik. Vaxtın olsa, ayağını qoyarsan biz tərəfə. Öz malından yeyən dövlətli olar deyirlər.


Əmrullanın matı-qutu qurumuşdu. Sürücünün qucağında çabalayan quzunun mələrtisi də bir yandan ürəyini dağlayırdı.




BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlikdən əhaliyə müraciət: Ehtiyac olmadıqda küçəyə çıxmayın 24 Fevral 2021, 21:59 Putin tanınmış aktyora Rusiya vətəndaşlığı verdi 24 Fevral 2021, 21:47 Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi 24 Fevral 2021, 21:33 Neft bahalaşdı 24 Fevral 2021, 21:19 Azərbaycan və pakistanlı deputatlar Xocalı soyqırımını müzakirə etdilər 24 Fevral 2021, 21:08 Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələrin nəticələri açıqlandı 24 Fevral 2021, 20:57 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” – VİDEO 24 Fevral 2021, 20:44 Bölgələrə qar yağır - FAKTİKİ HAVA 24 Fevral 2021, 20:34 Ankarada Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO 24 Fevral 2021, 20:28 Yevlaxda zəncirvari qəza - xəsarət alanlar var 24 Fevral 2021, 20:15 Deputatdan Ermənistanın ittihamına cavab: “Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur” - VİDEO 24 Fevral 2021, 20:10 Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA 24 Fevral 2021, 20:04 Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb 24 Fevral 2021, 20:00 Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı 24 Fevral 2021, 19:55 Gürcüstanın yeni Baş naziri Azərbaycana dəvət olundu 24 Fevral 2021, 19:47 FHN vətəndaşları qaydalara əməl etməyə çağırdı - VİDEO 24 Fevral 2021, 19:40 İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul etdi 24 Fevral 2021, 19:32 Azay Quliyev: “Biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik” - VİDEO 24 Fevral 2021, 19:24 Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO 24 Fevral 2021, 19:16 Ağdaşda ev YANDI 24 Fevral 2021, 19:08 Bu tarixdən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq 24 Fevral 2021, 19:00 Əfv Komissiyası bu gün 150-dən çox müraciətə baxdı 24 Fevral 2021, 18:52 Polis köməksiz qalan sürücü və sərnişinlərə kömək etdi - FOTO 24 Fevral 2021, 18:44 Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib 24 Fevral 2021, 18:36 Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatıb - Faktiki hava 24 Fevral 2021, 18:28 Bakıda yıxılıb xəsarət alanlar sayı 39-a çatdı - YENİLƏNİB 24 Fevral 2021, 18:20 Dövlət agentliyi 31 obyektdə pozuntular aşkarladı - SİYAHI 24 Fevral 2021, 18:12 Hikmət Hacıyev Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü 24 Fevral 2021, 18:04 ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb - VİDEO 24 Fevral 2021, 17:58 Xocalı qatilləri gec-tez cavab verəcəklər 24 Fevral 2021, 17:52 “Bakıya bir ayın yağıntısı bir gündə yağdı” - Nazirlik 24 Fevral 2021, 17:46 Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb 24 Fevral 2021, 17:40 Paşinyan “yallını” qonşularla əməkdaşlığa dəyişmək istəyir - ŞƏRH 24 Fevral 2021, 17:34 Media sahəsində zəruri islahatlar-hardan başlamalı?  24 Fevral 2021, 17:29 Axşama doğru yollardakı vəziyyət 24 Fevral 2021, 17:24