Modern.az

Cavanşir Paşazadə: “Talışların İctimai Şurası adlı təşkilatın iddiaları təxribat xarakterlidir”

Cavanşir Paşazadə: “Talışların İctimai Şurası adlı təşkilatın iddiaları təxribat xarakterlidir”

11 Dekabr 2019, 15:18

Dekabr 7-də Bakıda Azərbaycan Talışlarının İctimai Şurası yaradılıb. Şuranın üzvü Mehdibəy Səfərovun yaydığı məlumata görə, Azərbaycan Talışlarının İctimai Şurasının fəaliyyətə başlaması mövcud tarixi zərurətdən meydana gəlib.

M.Səfərov bunu onunla əlaqələndirib ki, talışlar bir xalq olaraq hökumətin lazımi diqqət və qayğısından kənarda qalıb.
“Talış dilinin tədrisi, bu dil üzrə mütəxəsislərin hazırlanması, talış dilində radio və televiziya verlişlərinin təşkili, talış dilində mətbuatın dövlət büdcəsi hesabına maliyyələşməsi ilə bağlı, hökumətimizə etdiyimiz bütün müraciətlər cavabsız qalıb”.


Məsələ ilə bağlı Modern.az-a danışan V çağırış parlamentinin Lənkəran bölgəsindən seçilən deputatı Cavanşir Paşazadə bildirib ki, separatçı təşkilat rəhbəri Fəxrəddin Abbaszadə həbs edildikdən sonra bir neçə dəfə belə cəhdlər olub:

“Ondan əvvəl də şuranın üzvləri Azərbaycandan kənardan öz fikirlərini irəli sürərək, belə təşəbbüslərlə çıxış edirdilər. Mənim fikrimcə, xalqımızla qaynayıb-qarışmış talışlar belə qurumun yaradılmasının tərəfdarı deyillər. Talışlar bir xalq, bölgə kimi Azərbaycandan ayrı deyil”.


C.Paşazadənin sözlərinə görə, o şuranın, üzvlərinin irəli sürdüyü fikirlər bölücülük, təxribat xarakterlidir:

“Bunlar xaricdə oturub Azərbaycanda öz mənfur istəklərini həyata keçirmək istəyənlərin təşəbbüsüdür. Bu da yersiz bir təşəbbsdür. Mən bu şuraya hansısa qiymət vermirəm və qəbul etmirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir