Arxiv
12 Dekabr 2019, 14:37 | TƏHSİL
Nazir müavinindən direktorlar və təhsil şöbələrinin müdirlərinə XƏBƏRDARLIQ

Bəzi məktəblərdə şagirdlərin dərsə davamiyyəti məsələsi Təhsil Nazirliyini ciddi narahat edir.

 

Modern.az-ın məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

"Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük. Təbii ki, ucqar məktəblərdə təhsil alan şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir".

 

Nazir müavini deyib ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün:

 

"Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsiz direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq".


M.Vəliyeva deyib ki, direktor öz fəaliyyətini qanunlara uyğun qurmalıdır:

"Hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq əgər idarəetmədə qanunlara istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar - intizam tənbehləri, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir.

Bu mənada məktəb böyük müəssisədir və burada məktəbdaxili münasibətləri idarə etmək asan deyil. Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşür. Təhsil Nazirliyinin də onun məktəbi idarə etməsinə nəzarətini yaxşı bilir".

 

Nazir müavini bildirib ki, Təhsil Nazirliyi ciddi şəkildə məktəblərin idarə olunmasına nəzarət edir: "Düşünürəm ki, hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərinin sağlamlığı və təhlükəsizliyinin, istərsə də sağlam psixoloji mühitin yaradılmasının, məktəb-valideyn münasibətlərinin vacibliyini başa düşüb, işini bu müstəvidə qurmalıdır. Bizim də tələbimiz bundan ibarətdir.

Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmirdə mikroavtobus traktora çırpıldı: yaralılar var 21 Yanvar 2020, 20:03 Böyük Britaniya İrandakı səfirini dəyişməyəcək 21 Yanvar 2020, 19:55 Əhali arasında ən çox yayılan xəstəliklərin SİYAHISI 21 Yanvar 2020, 19:42 Azərbaycanda nə qədər həkim var? - RƏQƏM 21 Yanvar 2020, 19:28 Musa Qasımlı kənd sakinləri ilə görüşüb 21 Yanvar 2020, 19:20 Ötən il doğulan körpələrin 53,2 faizi oğlandır 21 Yanvar 2020, 19:17 Prezident Davosda “Signify” şirkətinin baş icraçı direktoru ilə görüş 21 Yanvar 2020, 19:09 Lukaşenko: “Belarus Azərbaycan neftini bazar qiymətləri ilə almağa hazırdır” 21 Yanvar 2020, 19:04 Hadi Rəcəbli gənclərlə görüşüb - FOTO 21 Yanvar 2020, 18:59 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 21 Yanvar 2020, 18:52 Fəzail Ağamalı Surra kəndində seçicilərlə - VİDEO 21 Yanvar 2020, 18:45 Koçaryanın vəkilləri məhkəməni boykot etdilər 21 Yanvar 2020, 18:40 "Real" 30 milyon avroluq transfer həyata keçirib 21 Yanvar 2020, 18:33 Azərbaycanda qızıl və gümüş hasilatı artıb 21 Yanvar 2020, 18:26 Mahir Abbaszadə Abşeron rayonunda seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:20 İqbal Məmmədov kənd ağsaqqalları ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 18:14 Azərbaycan pasportundan imtina edib Ukrayna vətəndaşlığı alanlar... 21 Yanvar 2020, 18:08 Ceyhun Məmmədov məcburi köçkünlərin evində olub - FOTO 21 Yanvar 2020, 18:07 Cavanşir Paşazadə kənd insanları ilə bir araya gəlib - FOTOLAR 21 Yanvar 2020, 18:03 Müəllimlərin işə qəbulunda YENİLİK - VİDEO 21 Yanvar 2020, 17:58 Hacıbala Abutalıbovun müraciət etdiyi astroloq Zirəddin Rzayevə: “Gərək Nərmin məsələsini açmayaydı” 21 Yanvar 2020, 17:52 Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu 21 Yanvar 2020, 17:46 Kamran Bayramov Daşkəsənin kəndlərində görüşlər keçirib - FOTOLAR 21 Yanvar 2020, 17:40 Sarkisyanın kürəkənindən SƏRT SÖZLƏR: “Paşinyan və komandası adam deyil” 21 Yanvar 2020, 17:34 Məktəblilər bu tarixdə qış tətilinə çıxacaq 21 Yanvar 2020, 17:29 Əhəd Abıyev Quşçu kəndində səyyar qəbul keçirib - FOTO 21 Yanvar 2020, 17:23 Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41 Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək” 21 Yanvar 2020, 16:36 Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı  21 Yanvar 2020, 16:31
SORĞU Yeni parlamentdə kimlər olsun?