Arxiv
13 Dekabr 2019, 08:59 | HADİSƏ
Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir”

Rusiyada yaşayan azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov bugünlərdə özünün Facebook səhifəsində 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə dair "yol xəritəsi" ilə çıxış edib.

F.Əhmədov öz yazısında Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb. Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların "cib deputatları" ilə yanaşı, təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli yeni seçkiyə ehtiyac vardı: 

"Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin "cib deputatları" vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi "kuklaoynadanlardan" qurtulmuşuq...".


Daha sonra ölkədə əsl konstruktiv müxalifətin mövcudluğunun vacibliyindən söz açan F.Əhmədov, Azərbaycanda belə bir müxalifətin olmadığını iddia edir. Hakimiyyətin bir neçə deputatı parlamentə “konstruktiv müxalifət” adı altında yerləşdirməsinin isə lazımi effekt vermədiyini bildirir.


Milyarder hesab edir ki, Azərbaycanda real müxalifət yoxdur və bu, daha çox neqativ nəticələr doğurur: “Formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır…”


Müxalifətin digər hissəsinin isə hakimiyyətlə sərt qarşıdurmada olduğunu yazan F.Əhmədov onun da ciddi perspektivlərini görmədiyini qeyd edir və təklif edir ki, yeni növbədənkənar seçkidə daha çox müstəqil namizədlərin parlamentdə təmsil olunmasına şərait yaradılsın. Milyarder hesab edir ki, məhz həmin müstəqil namizədlər gələcək əsl “konstruktiv müxalifətin” özəyini təşkil edə bilər.


Daha sonra konkret təkliflər irəli sürən iş adamı öz “yol xəritəsində” növbədənkənar seçkilə bağlı “mütləq atılmalı olan addımlar”ı sadalayır. Bu addımların başında Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər var.


Fərhad Əhmədovun sözügedən təhlil yazısı Azərbaycanda birmənalı qarşılanmayıb.

Buna münasibət bildirən siyasətçilər Modern.az-a danışıblar.


"Ümid" Partiyasının sədri İqbal Ağazadə Fərhad Əhmədovun
yeni fikir ortaya atmadığını düşünür:

"Onun hansı məqsədlə bu “yol xəritəsi”ni irəli sürdüyünü deyə bilmərəm. Amma söylədikləri yeni fikirlər deyil. Proporsional seçki sisteminin bərpası, Mərkəzi, Dairə və Məntəqə seçki komissiyalarının dəyişdirilməsi və s. ilə bağlı təkliflər səsləndirib. Mən 2009-cu ildə parlamentdə Azərbaycan müxalifəti adından Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi də təqdim etmişdim. Ona görə, bu təkliflər bizim üçün yeni deyil.
Praktik nöqteyi-nəzərdən bunu indi reallaşdırmaq mümkün deyil. Çünki parlament artıq buraxılıb. Bunu yalnız növbəti parlament seçkilərindən sonra reallaşdırmaq olar".


İ. Ağazadə hesab edir ki, Azərbaycanda siyasi sistemin formal deyil, aktiv siyasi sistemə keçməsi vacibdir:

"Siyasi institutların isə əhali ilə münasibətlər sistemində yeni mərhələsinin əsasını qoymaq üçün mütləq proporsional seçki sistemi bərpa olunmalıdır. Bundan sonra artıq institutların formalaşması və yenidən təşkilatlanması cəmiyyətə böyük fayda vermiş olacaq.
Parlament formalaşdırılandan sonra Mərkəzi, Dairə və Məntəqə seçki komissiyalarının formalaşdırılmasına, üstəlik daimi formalaşdırılmasına çalışmaq lazımdır".



Politoloq Zərdüşt Əlizadə bildirib ki, Fərhad Əhmədov azərbaycanlıdır və xaricdə yaşasa da, vətəninə biganə deyil:


"Haqqı var ki, demokratik hüququndan istifadə edib, Azərbaycandakı seçkilər haqqında rəyini bildirsin. Əslində onu təqdir etmək lazımdır ki, Azərbaycandakı proseslərə qarşı biganə deyil. Onun təklifini cəmiyyətin, hökumətin necə qəbul edəcəyini deyə bilmərəm.  Müxalifət də Fərhad Əhmədovun təkliflərinə oxşar təşəbbüslərlə dəfələrlə çıxış edib. Cəmiyyət isə bu məsələdə o qədər də maraqlı deyil. Cəmiyyətin seçki, islahat, yeni parlament, yeni deputatlar ümumiyyətlə vecinə deyil. Əvvəlki deputatlardan yarımayıblar, yenilərdən yarımağa da ümidləri yoxdur".


Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə Fərhad Əhmədovun Azərbaycan vətəndaşı olmadığını xatırladıb:


"O Azərbaycandakı ictimai-siyasi proseslərin içərisində deyil. Sadəcə olaraq, kənardan ölkəmizdə gedən proseslərlə virtual tanış olur. Bu isə real konkret obyektiv təsəvvür yaratmağa imkan vermir. Kimsə özünün təxəyyülünü işə salmaqla bu cür “yol xəritəsi” verə bilər. Onun fikirlərinin arxasında şəxsi ambisiyaları dayanır. Maraqlıdır ki, hər zaman Azərbaycanda seçki ərəfəsində Rusiyada yaşayan azərbaycanlılar hansısa səbəbdənsə buna bənzər açıqlamalar verirlər.
Fərhad Əhmədovu yəqin ki, hansısa qüvvə hərəkətə gətirir. Ancaq Azərbaycan dövləti kifayət qədər güclüdür. Azərbaycan xalqı kiminsə milyonuna, milyardına aldanıb, özünün dovlətçiliyinə xələl gətirməz. Bu və buna bənzər açıqlamalar, fikirlər Azərbaycanın ictimai-siyasi həyatına, azərbaycanlıların düşüncəsinə təsir edə bilməz.
O, Rusiyanın vətəndaşıdır və həmin dövlətin qarşısında öhdəlikləri var. Onun Azərbaycanın siyasi həyatında hansısa formada təmsil olunması mümkün deyil".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə bildirib ki, F.Əhmədov Milli Məclis üzvlərini təhqir edib və ona cavab verilməlidir:

“Böyük rus xalqının bu barədə gözəl bir misalı var: "Hər kəs məsələlərə öz tərbiyəsinə uyğun münasibət bildirir". Müdrik xalqımızın isə onun kimilər haqqında  belə bir atalar sözü var: "Öz adımı sənə qoyum, səni də yana-yana qoyum". Fərhad Əhmədov Azərbaycana dönəndə mən hiss etmişdim ki, bu xoşniyyətli dönüş deyil. Çünki o, Azərbaycanın çətin vaxtlarında qeybə çəkilmişdi, ölkə stabil inkişaf yoluna çıxandan sonra geri qayıtdı. Biz Azərbaycan torpaqları işğal olunanda onun etiraz səsini eşitmədik. Senator olanda da "müdrikcəsinə" susmuşdu. Əlbəttə, işğalçıları müdafiə edən ölkənin vətəndaşının bunu etməsi xüsusi cəsarət tələb edirdi. Xüsusilə də pul qazanan birisi üçün. Etiraz bir yana qalsın, biz onun ata-baba yurdlarından qovulmuş, acından ölməmək üçün həyat mücadiləsi verən həmvətənlərinə kiçik bir dəstək verməsini də müşahidə etmədik. Biz onu Lalə Şövkətdən və digər sadə həmvətənlərimizdən fərqli olaraq 20 Yanvar qırğını zamanı Moskvada, Azərbaycanın daimi nümayəndəliyində Heydər və İlham Əliyevlərin yanında görmədik. Hazırda o müəyyən investisiya qoyub, başqa çıxış yolu qalmayan kəndlilərdən kilosu 15 qəpiyə narı alıb, onu emal etməklə böyük pullar qazanır və onun bir hissəsini öz reklamına sərf edir”.

 

Q.Həsənquliyev qeyd edib ki, ötən il F.Əhmədov Rusiya mətbuatında Qarabağ barədə məqalə yazıb, Rusiya faktorunun üstündən sükutla keçmişdi.

 

“O zaman mən müsahibələrimin birində həmin məqama toxunaraq demişdim ki, Rusiyada böyük pullar qazanan biriləri bu dərdimiz barədə heç vaxt obyektiv danışa bilməzlər və ona görə də torpaqlarımızı niyə işğaldan azad edə bilmədiyimizi yaxşı başa düşən, gərginlik içərisində yaşayan insanları qıcıqlandırmayıb sussalar daha yaxşı olar. Onlar siyasətdən uzaq durub, doğulduqları ölkəyə investisiya yatırmaqla, xeyriyyəçiliklə xidmət göstərib hörmət qazana bilərlər. Yox, siyasi karyera naminə qeyd etdiklərimi edəcəklərsə, ifşa olunmuş halda geri qayıtmalı olacaqlar. Bu, "Rusiyanın Qarabağ məsələsinə aidiyyatı yoxdur, o yalnız vasitəçidir" deyən digərlərinə də aiddir. Fərhad Əhmədov ziddiyyətli açıqlaması ilə burada ürək bulandırmaqdansa, vətəndaşı olduğu ölkənin problemlərindən yazıb, çıxış yollarını göstərsə daha başa düşülən olar. O və digər emissarlar Azərbaycanda istədiklərinə heç vaxt nail ola bilməyəcəklər. Azərbaycan Konstitusiyasına görə xarici ölkə qarşısında öhdəliyi olan istənilən şəxs nə prezident, nə də deputat ola bilməz”, - deyə BAXCP sədri bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Liviya Qoşunlarının komandanı Putinə məktub yazdı 17 Yanvar 2020, 17:05 100 yaşlı şair öz yubileyinə qatıldı - “Bu yaşıma baxmayaraq idman edirəm” 17 Yanvar 2020, 16:58 Rüstəm Xəlilov kənd sakinləri ilə görüşüb - FOTO   17 Yanvar 2020, 16:55 Bakı polisində yeni rəis TƏYİNATI 17 Yanvar 2020, 16:48 Dünya lideriləri Liviya üçün Berlinə TOPLAŞIR 17 Yanvar 2020, 16:43 “Hələ də uşağın başqasından olduğunu zənn edənlər var” - ginekoloq 17 Yanvar 2020, 16:38 Beynəlxalq müşahidəçilərin sayı artır 17 Yanvar 2020, 16:32 Nazir Kamran Əliyevi əvvəlki işinə qaytardı - Rüfət Quliyevə isə yüksək vəzifə verildi 17 Yanvar 2020, 16:26 ELDAR QULİYEV – MƏNİM MİLLƏT VƏKİLİM 17 Yanvar 2020, 16:20 UNEC-də 20 Yanvar şəhidləri anıldı 17 Yanvar 2020, 16:14 Yol polisi Qubada gücləndirilmiş rejimdə çalışır 17 Yanvar 2020, 16:07 Çingiz Qənizadə görüşlərini davam etdirir - Fotolar 17 Yanvar 2020, 16:03 Məktəbi daha tez bitirmək istəyən 16 şagird imtahan verdi 17 Yanvar 2020, 16:02 BMU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub 17 Yanvar 2020, 15:56 Rövzət Qasımovdan deputatlığa namizədlərə MÜRACİƏT 17 Yanvar 2020, 15:50 Hansı kafe-restoranlarda yemək yeyək? - Diqqətli olun! 17 Yanvar 2020, 15:45 “Nar” 4,5 G baza stansiyalarının sayını 60% artırıb 17 Yanvar 2020, 15:38 Ermənistanda daha bir eks-nazir müəmmalı şəkildə ÖLDÜ 17 Yanvar 2020, 15:32 MSK DSK-nın qərarını ləğv edib 17 Yanvar 2020, 15:26 İdarə rəisi: “Bakıda 57 cinayətkar qrup ifşa olunub” 17 Yanvar 2020, 15:20 Ceyhun Bayramov olimpiada qalibləri ilə görüşdü - Fotolar 17 Yanvar 2020, 15:13 Yeni və sabiq baş nazirlər təkbətək görüş keçirdilər 17 Yanvar 2020, 15:07 Ülvi Quliyev təbliğat və təşviqat kampaniyasına start verdi - FOTOLAR 17 Yanvar 2020, 15:04 Lənkəranın Osakücə kəndində səyyar qəbul keçirilib - FOTO 17 Yanvar 2020, 15:01 Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ 17 Yanvar 2020, 14:56 Xaricdəki Azərbaycan evlərinin sayı artır 17 Yanvar 2020, 14:50 Prezident Administrasiyasının məsul işçiləri Daşkəsəndə vətəndaşları qəbul ediblər - FOTO 17 Yanvar 2020, 14:45 MSK jurnalistin namizədliyini qeydə almaqdan İMTİNA ETDİ 17 Yanvar 2020, 14:40 Dönər satışına nəzarət edəcək qurum YARADILIR 17 Yanvar 2020, 14:33 YAP Daşkəsən rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib 17 Yanvar 2020, 14:30 Bakıda bəzi avtobusların marşrut xətti dəyişdirilir - SİYAHI 17 Yanvar 2020, 14:26 Baş nazir və spikeri güllələyən şəxs Paşinyana YAZDI 17 Yanvar 2020, 14:20 Zakir Həsənov Anjey Kaspşik ilə təmas xəttindəki vəziyyəti müzakirə etdi 17 Yanvar 2020, 14:14 Gürcüstanda Azərbaycan vətəndaşı həbs olundu 17 Yanvar 2020, 14:09 YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ 17 Yanvar 2020, 14:03
SORĞU Yeni parlamentdə kimlər olsun?