Modern.az

Böyük Britaniyada iqtidar müxalifəti DARMADAĞIN ETDİ

Böyük Britaniyada iqtidar müxalifəti DARMADAĞIN ETDİ

Dünya

13 Dekabr 2019, 17:23

Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkilərində Mühafizəkarlar partiyası (tori)  inamlı qələbə qazanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Boris Consonun başçılığı altında partiya aşağı palatada 650 yerdən 364-nə yiyələnib.

 

Ötən seçkilərlə müqayisədə təmsilçilərinin sayını 66 kürsü artıran Mühafizəkarlar 1987-ci ildən bəri ən inamlı qələbələrini qazanıb.

“Mühafizəkarlar Brexit-i inamla yekunlaşdırmaq, ölkəni birləşdirmək və irəli addımlamaq üçün etibarlı mandat qazanıb”-deyə Conson seçkilərin nəticələrini şərh edib. Mühafizəkarların qələbəsi fonunda funt sterlinqin kursu 2,7% bahalaşıb.

 

Leyboristlər partiyasının sədri Ceremi Korbin cəmi 203 mandar qazanıb. Bu sol partiyaların 1983-cü ildən bəri ən pis göstəricisidir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?