Arxiv
15 Dekabr 2019, 09:52 | AKTUAL
Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final başlayır

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək.

 

Modern.az xəbər verir ki, mərhələnin iki görüşü bu gün, digər ikisi isə dekabrın 16-da oynanılacaq. Dörddəbir final mərhələsinin birinci qarşılaşmasında “Qəbələ” komandası doğma meydanda “Sabah” klubunu qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.

 

Saat 17:00-da başlayacaq ikinci qarşılaşmada “Səbail” və “Zirə” komandaları qarşılaşacaqlar. “ASCO Arena”da keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.

 

Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsi dekabrın 16-da “Neftçi” – “Sumqayıt” oyunu ilə davam edəcək. Saat 18:00-da başlayacaq qarşılaşmada baş hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Görüş “Bakcell Arena”da oynanılacaq.

 

Dörddəbir final mərhələsinə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Keşlə” görüşü ilə yekun vurulacaq. Saat 20:00-da başlayacaq görüşün idarə olunması Səbuhi Bayramova tapşırılıb.

 

Xatırladaq ki, ötənilki yarışın finalında “Qəbələ” komandası “Sumqayıt” klubuna 1:0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dolların məzənnəsi sabit qaldı 2 mart 2021, 18:15 Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam İMZALADI 2 mart 2021, 18:08 Ərdoğan Bahçeli ilə görüşdü 2 mart 2021, 18:00 Nazirlik itkin düşən hərbçilərin SİYAHISINI yenilədi 2 mart 2021, 17:55 Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO 2 mart 2021, 17:49 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR 2 mart 2021, 17:07 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:02 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55 “Azərpoçt”a yeni baş direktor təyin olundu - FOTO 2 mart 2021, 16:53 BMU-da Elmi Şuranın iclası keçirilib 2 mart 2021, 16:48 Hərbi vəzifəlilər təlimlərə çağırılır? - Dövlət xidmətindən rəsmi cavab 2 mart 2021, 16:42 Xalq artisti Səkinə İsmayılovaya ağır itki üz verib 2 mart 2021, 16:37 Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ 2 mart 2021, 16:33 Magistratura imtahanlarının nəticələri AÇIQLANDI 2 mart 2021, 16:31 Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır 2 mart 2021, 16:26 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi AÇILDI 2 mart 2021, 16:21 Yeni reallığın memarları 2 mart 2021, 16:16 Şeyxülislam Fransanın «Le Mondе» qəzetinə müsahibə verdi 2 mart 2021, 16:10 Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - III HİSSƏ 2 mart 2021, 16:04 “AzerGold”da Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib 2 mart 2021, 15:58 Sarkisyan Baş Qərargah rəisinin işini Konstitusiya Məhkəməsinə GÖNDƏRDİ 2 mart 2021, 15:53 Mikayıl Cabbarov: “İlin iki ayının yekunları ürəkaçandır” 2 mart 2021, 15:49 Vilayət Eyvazov Şəhid polisin oğlunu Şuşaya GÖNDƏRDİ 2 mart 2021, 15:44 Ukrayna prezidenti peyvənd olundu 2 mart 2021, 15:38 Nazir onu özünə müşavir təyin etdi 2 mart 2021, 15:32 Həmkarlar İttifaqları Konfederasiyası nazirliyə 200 min manat ayıracaq 2 mart 2021, 15:26