Modern.az

General deputatlığa namizədliyini irəli sürdü 

General deputatlığa namizədliyini irəli sürdü 

15 Dekabr 2019, 16:48

Azərbaycan Ordusunun istefada olan hərbi qulluqçusu, keçmiş korpus komandiri, general-mayor, Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Modern.az xəbər verir ki,  Qabil Məmmədov doğulduğu bölgədən - 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürüb.

General sosial şəbəkə bu haqda yazıb:

“Dəyərli dostlar!

Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.

Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi