Arxiv
1 Yanvar 2020, 11:17 | ANALİTİKA
Müstəmləkə dövründən qalan miras: Kamerunu ikiyə bölən PROBLEM

Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

 

 

Yanvarın 1-i kamerunlular üçün yalnız yeni ilin ilk günü demək deyil. Kamerun fransız müstəmləkəçiliyindən azad olan ilk Afrika ölkəsidir, 1960-cı il il yanvarın 1-də müstəqilliyini elan etmişdir.

 

1950-ci illərdə UPC (Kamerun Xalqının Birliyi) təşkilatı Fransadan qopmaq və sosialist iqtisadiyyati yaratmaq məqsədini qarşıya qoydu. İlkin mərhələdə  tamamilə fransız qanunvericiliyi, dili və adətlərini özündə cəmləşdirən siyasi elita müstəqillik uğrunda savaşın əleyhinə idi. Lakin xalqın artan təzyiqi nəticəsində 1955-ci il aprelin 22-i UPC “Proclamation Commune” adlı sənəd nəşr etdirdi və bu sənəd birbaşa müstəqillik manifestinə çevrildi. Məqsəd fransız müstəmləkəçiliyindən azad olunmaq və ingilis və fransız dilli Kamerunu birləşdirmək oldu.

 

1955-1964-cü illər Bamileke Savaşı, fransızca guerre cachee, Gizli Müharibə illəri kimi tarixə düşdü. 1959-cu ilin yanvarından Kamerun Azadlıq Ordusu silahlı mücadələyə başladı. 1960-cı il yanvarın birindən Kamerun müstəqil dövlət oldu. Ahmadou Ahidjo yeni müstəqillik qazanmış ölkənin ilk prezidenti elan edildi. 1964-cü ildə Britaniya səfirliyinin açıqladığı rəqəmə əsasən Bamileke Savaşı 76,300 vətəndaşın ölümü ilə nəticələndi. Bu əsas etibarilə müstəmləkəçilərə xidmət edən Kamerun Silahlı Qüvvələri ilə Fransız Ordusunun qətlə yetirdiyi adamlar idi. Bamileke regionu əhalisinin 80%-i məhv edildi. Ölənlərin dəqiq sayını bilmək çətindir. Belə ki, Fransız Administrasiyası bu sayı gizlətməyə çalışmışdır.

 

Kamerun qırğınları daha dəhşətli Əlcəzair Müharibəsi(1954-1962) ilə eyni vaxtda baş verdiyindən dünyanın əsas diqqəti Əlcəzairdə idi. Əlcəzairdə bu illər 1.5 milyon adamın qırıldığı bildirilir.

 

 

Bu da müstəmləkiçilik dövründən qalan miras

 

Kamerun təsdiq olunmuş qaz ehtiyatlarına görə dünyanın 47-ci və neft ehtiyatlarına görə 55-ci ölkəsidir. Kamerun əhalisinin 70%-i kənd təsərrüfatı sahəsində, əsas etibarilə kakao və kofe plantasiyalarında çalışır. İstehsal sahələrindən tekstil və ərzaq sənayesini, eləcə də gəmi təmiri sənayesini qeyd etmək olar.

 

Paul Biya 1982-ci ildən hakimiyyətdədir və prezident olduğu illər ərzində ölümlər və həbslər vasitəsilə ölkədə dəhşətli qorxu atmosferi yarada bilmişdir.

 

Ölkənin böyük hissəsi fransızca danışır. İki regionda isə əsas ünsiyyət vasitəsi ingilis dilidir.

 

2016-cı ilin 6 oktyabrında hökumətin anqlofon regionlarda məhkəmələrə fransız dilli hakimlər təyin etdiyindən sonra   hüquqşünaslar dinc nümayişə çıxaraq, şimal-şərq və cənub şərq regionlarında məhkəmələrdə ingilis dilinin işlənməsinə icazə verməyi tələb etməyə başladılar. Tezliklə müəllimlər də bu təşəbbüsə qoşularaq tədrisin ingilis dilində aparılmasını tələb etdilər. Kamerunun Anqlofon Vətəndaş Cəmiyyəti Konsorsiumunun (Cameroon Anglophone Civil Society Consortium) (CACSC) təşəbbüsü ilə oturaq nümayişlər başladı. 2017-ci il oktyabrında hakimiyyət nümayişçilərə qarşı silah tətbiq etdi. Amnesty İnternational 17 adamın ordu tərəfindən güllələnməsini bildirdi. ABŞ-nın Merilend ştatında yaşayan 13 mindən artıq Kamerunlu konqressə və Dövlət departamentinə müraciət etdilər. ABŞ anqlofon etirazlarına qarşı silahlı qüvvə tətbiqini və ordunun ölümlə nəticələnən reydlərini pislədi. 

Bundan sonra ingilis dilli regionlar müstəqillik elan etdilər. Hal-hazırda anqlofon regionları hakimiyyətə qarşı açıq müqavimət göstərirlər. Kamerun silahlı qüvvələrinin ən güclü bölümü Çevik Alay vaxtaşırı anqlofon ərazilərə reydlər keçirir, insanlara qarşı zorakılıq və işgəncələr tətbiq olunur. On minlərlə kamerunlu ABŞ, Kanada və Avropada sığınacaq almağa çalışır.

 

Müstəmləkəçilik dövrünün mirası kimi qırğınlar bir qədər fərqli formada davam edir.

 

 

Son söz

 

Maraqlıdır ki, heç bir ölkənin parlamenti nə Kamerun, nə də Əlcəzair qırğınlarını tanımayıb, bu qırğınlara görə Fransanı qınamayıb. Nəyə görə? Bəlkə Afrika qitəsində axıdılan qanların rəngi fərqlidir? Yoxsa müstəmləkəçilərin törətdiyi cinayətlər mühakimə olunmur? Əlbəttə ki, tarixdə müharibə şəraitində baş vermiş hadisəni müzakirə edib qərar vermək hansı isə ölkənin qanunverici orqanının işi deyil. Bəs o zaman niyə Fransanın özü digər ölkələr ərazisində savaş zamanı baş vermiş hadisələrlə bağlı qərar çıxarmağı öz işi və haqqı hesab edir?....Kamerun atalar sözündə deyildiyi kimi, yağış yalnız bir evin damına yağmır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təbrizdə Azərbaycana dəstək aksiyası - VİDEO 16 İyul 2020, 20:32 HHQ komandanı Hulusi Akarla görüşdü 16 İyul 2020, 20:16 Qubada iribuynuzlu heyvanları sel aparıb 16 İyul 2020, 20:07 İlham Əliyev və birinci xanım açılışda (YENİLƏNİB) - FOTO 16 İyul 2020, 20:00 Polad Bülbüloğlu rusiyalı nazir müavini ilə görüşdü 16 İyul 2020, 19:53 Konstitusiya Məhkəməsi Baş nazirin sorğusu əsasında qərar qəbul etdi 16 İyul 2020, 19:45 Azərbaycan diasporu Polşada ermənilərin təxribat cəhdini boşa çıxardı - FOTO   16 İyul 2020, 19:38 “XİN-də dövlətçiliyə bağlı insanlar irəli çəkilməlidir” - Tanınmış diplomat 16 İyul 2020, 19:31 Ceyhun Bayramov Xarici işlər naziri kimi ilk iclasa QATILDI 16 İyul 2020, 19:24 “Həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirik” - Mariya Zaxarova 16 İyul 2020, 19:17 “Azəriqaz” Ağdam kəndində qaz təchizatını bərpa etdi - Video 16 İyul 2020, 19:10 Xarici İşlər Nazirliyi məlumat YAYDI 16 İyul 2020, 19:02 Mövlud Çavuşoğlu Ceyhun Bayramovu  təbrik etdi 16 İyul 2020, 18:56 Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr - SİYAHI 16 İyul 2020, 18:50 Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirirlər - FOTO 16 İyul 2020, 18:43 Polşada Azərbaycan Ordusuna dəstək - VİDEO 16 İyul 2020, 18:35 Hirkan Milli Parkında yanğın olub 16 İyul 2020, 18:27 AMEA-da yeni TƏYİNATLAR 16 İyul 2020, 18:20 Azərbaycan Müdafiə nazirinin müavini Türkiyəyə getdi 16 İyul 2020, 18:12 Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldi 16 İyul 2020, 18:05 Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO 16 İyul 2020, 17:58 Şəhid hərbçimiz dəfn olundu - FOTOLAR 16 İyul 2020, 17:52 “PUA-larımız üçün bədbəxt erməni kəndlisindən daha vacib hədəflər var” - Vaqif Dərgahlı 16 İyul 2020, 17:46 “Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli AÇIQLANDI 16 İyul 2020, 17:40 Ordumuz daha bir şəhid verdi - FOTO 16 İyul 2020, 17:34 Dolların sabaha olan kursu açıqlandı 16 İyul 2020, 17:28 Fransa Azərbaycanlılarının Koordinasiya Şurası BƏYANAT yaydı 16 İyul 2020, 17:22 “Mənasız videokonfranslar keçirmək fikrində deyilik” - İlham Əliyev 16 İyul 2020, 17:17 Biz bu gün həm işğalçılara, həm də yerli xəyanətkarlara qarşı vuruşuruq 16 İyul 2020, 17:11 Ermənistanın hərbi klinikaları yaralılarla DOLUDUR 16 İyul 2020, 17:10 Azərbaycanda koronavirusa yoluxanları sayı azaldı - 8 nəfər vəfat etdi 16 İyul 2020, 17:04 Ceyhun Bayramov Xarici İşlər Naziri kimi ilk çıxışını etdi 16 İyul 2020, 16:58 Bu tarixlərdə keçirilən buraxılış imtahanın nəticələri ELAN olundu 16 İyul 2020, 16:52 Nəqliyyatçıların Həmkarlar İttifaqına yeni sədr seçilib   16 İyul 2020, 16:46 Prezident: Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər 16 İyul 2020, 16:35