Modern.az

Şuşa və Ağdamdakı tarixi abidələrin peyk GÖRÜNTÜLƏRİ

Şuşa və Ağdamdakı tarixi abidələrin peyk GÖRÜNTÜLƏRİ

10 Yanvar 2020, 10:34

Bir ölkəni tanımaqdan ötrü öncə onun gərək mədəniyyətinə yaxından bələd olasan. Azərbaycan mədəniyyəti deyiləndə isə ilk öncə insanın yadına  onun musiqisi, ədəbiyyatı və milli və mənəvi dəyərlərini əks etdirən tarixi abidələri düşür. Ancaq elə mədəniyyət abidələrimiz var ki, hazırda düşmən tapdağı altındadır. Bəs görəsən işğal olunmuş ərazilərdə milli irsimizi qorumaqdan ötrü hər hansı bir tədbirlər planı həyata keçirilirmi?

 

Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Modern.az-a məlumat verib:

 

“Təəssüflə bildiririk ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri işğal altında qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır. İşğal altında qalan milli mədəniyyət abidələrimizin vəziyyəti olduqca acınacaqlıdır. Onların əksəriyyəti ya dağıdılıb, ya da ermənilər tərəfindən özününküləşdirilməyə məruz qalıb.  Bunu  “AZƏRKOSMOS” tərəfindən işğal altında qalan torpaqlarımızda, xüsusilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntülərində də aydın görmək olur”.

 

Fariz Hüseynov bu istiqamətdə tədbirlər planının həyata keçirildiyini də söyləyib:

 

“Hazırda işğal altında olan torpaqlarımızdakı tarix-mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması, dəymiş ziyanın müəyyən olunması, bu istiqamətdə təbliğat və tədqiqat işlərinin genişləndirilməsi məqsədilə “Azərbaycanın işğal altındakı mədəni irs nümunələrinin beynəlxalq hüququn tələblərinə uyğun qorunmasının təşkili, Ermənistan Respublikası tərəfindən abidələrin dağıdılmasının və ya mənimsənilməsinin qarşısının alınması tədbirlərinin gücləndirilməsinə dair proqram hazırlanır. Eyni zamanda, ilkin olaraq Şuşa, Ağdam, Kəlbəcər və Xocavənd rayonlarında yerləşən 15 tarix-memarlıq abidəsinin arxiv materialları əsasında pasportları hazırlanır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi