Arxiv
14 Yanvar 2020, 12:35 | ÖLKƏ
General ev qalmaqalından DANIŞDI: “Avstraliyada heyvanlar yandı, İran təyyarəni səhvən vurdu, biz evsiz yaşamayacağıq ki...”
 

Beşinci çağırış Milli Məclisin deputatı olmuş, general Əliağa Hüseynovun adı son bir neçə gündə Bakıda mənzil qalmaqalında hallanır.

Məsələ Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binada Əliağa Hüseynovun həyat yoldaşının 4, qızının 8 mənzilə dair müqavilələrə istinadən məhkəməyə üz tutmalarından sonra yenidən diqqət mərkəzinə qayıdıb.  

Binadakı 12 mənzilə aid müqavilələr Əliağa Hüseynovun həyat yoldaşının və qızının əllərində olsa da, faktiki həmin mənzillərdə və alqı-satqı müqavilələri ilə digər vətəndaşlar yaşayır. Həmin vətəndaşlar Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər.

Modern.az məsələ ilə bağlı sabiq deputat Əliağa Hüseynovla əlaqə saxlayıb.

 

O, bildirib ki, mənzil məsələsində ailəsi mənzil satan şəxs tərəfindən aldadılıb:

 

“12 il bundan qabaq oğlum, qızım kürəkənim bir yerdə ev almışıq. Sənədlərim də əlimdədir. O gündən indiyə kimi evimizi bizə vermirlər. Çünki bizim evi 4-5 adama satıblar. Məsələn, biz evin kvadratını 1000 manata almışıq, onlar 500 manata. İndi də evi 500 manata alanlara verirlər. Bütün binanı satıblar. İndi biz səsimizi çıxarmayaq, haqqımızı istəməyək?!  Bizim əlimizdə sənəd var, onların əlində isə yoxdur”.

 

Əliağa Hüseynov adının mənzil qalmaqalında hallanmasına bu cür reaksiya verib:

 

“Haqqımda çox şeylər yazırlar. Əslində, hamı haqqında yazırlar. Təkcə mənim haqqımda yazmırlar ki! Yaxşı işləri görmürlər, elə ki, hardasa  kiçik nöqsan oldu, dərhal onu yazırlar. Belə olmaz axı! Dünyaya da baxmaq lazımdır. Təbii fəlakətlərdən kimsə sığortalanmayıb. O boyda Avstraliyada heyvanlar məhv oldu. Yaxud da İran təyyarəni səhvən vurdu. Biz nə edə bilərik?! İnsanların zəhmətini yeri vurmaq doğru deyil. İşləmişik, zəhmət çəkmişik, evsiz yaşamayacağıq ki!”.

 

General onu da əlavə edib ki, yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmalıdır:

 

“Hamı komalardan çıxıb yaxşı evlərdə yaşayır. Sevinməliyik ki, hamımız komalardan çıxmışıq. Heydər Əliyevin hesabına  əlimiz çörəyə çatıb, dövlətimiz güclü dövlətdir. Xarici ölkələrin vətəndaşlarından da yaxşı yaşayırıq. Allah cənab Prezidentimizə can sağlığı versin. Yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmaq istəyir. Ölkəmizdə hamı firavan yaşayır. Bizim də yaxşı yaşamağa haqqımız var”.

 

Qeyd edək ki, hazırda Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyeva Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətinə yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qənirə Paşayeva Xalq artisti ilə bağlı Baş Nazirə müraciət etdi 3 İyun 2020, 16:20 İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırdı 3 İyun 2020, 16:15 Prezident Tərtərə pul ayırdı 3 İyun 2020, 16:10 Qarabağ döyüşçüsü niyə separatçı oldu? - Axtarışa verilən Eldar Orucov... 3 İyun 2020, 15:59 Bir gündə 24 cinayətin üstü “isti izlər”lə açıldı 3 İyun 2020, 15:50 Baş Prokuror kürəkənini İŞDƏN ÇIXARDI 3 İyun 2020, 15:45 Bakıda ana qızının sevgilisini bıçaqladı - Evlənmək istəmədiyi üçün 3 İyun 2020, 15:39 Toy mərasiminə qatılan 52 nəfər koronavirusa tutuldu 3 İyun 2020, 15:33 Ramil Səfərov məsələsində Azərbaycan niyə haqlıdır? 3 İyun 2020, 15:27 Rusiya prezidenti Britaniya baş nazirini  dəvətini qəbul etmədi 3 İyun 2020, 15:23 Vətəndaşın məsuliyyətsiz davranışı öz həyatını, ətrafını risk altına atması deməkdir - İqbal Məmmədov 3 İyun 2020, 15:18 Əfqanıstan Prezidenti İlham Əliyevi təbrik etdi 3 İyun 2020, 15:12 Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi 3 İyun 2020, 15:06 DİM-dən Azərbaycan tarixi və ümumi tarixdən imtahan verən abituriyentlərə MÜRACIƏT 3 İyun 2020, 15:00 Koronavirus İranı yenidən çənginə alıb 3 İyun 2020, 14:54 Rusiya Xarici Kəşfiyyat Xidmətinin şefi İlham Əliyevi təbrik edib 3 İyun 2020, 14:50 Salyanda çətənə əkib-becərən şəxs saxlanıldı 3 İyun 2020, 14:45 Sabiq deputatdan məmur övladlarına ETİRAZ: “Vay bizim halımıza!” 3 İyun 2020, 14:39 Milli Məclisin komitəsi onlayn toplaşdı 3 İyun 2020, 14:35 “Xəzər Dəniz Gəmiçiliyi”nin 4 əməkdaşı koronavirusa YOLUXDU    3 İyun 2020, 14:30 Azərbaycanda içməli su problemi yaranıb - Komitə sədrindən açıqlama 3 İyun 2020, 14:25 Nazirlikdən hava xəbərdarlığı - temperatur 5 dərəcə aşağı düşəcək 3 İyun 2020, 14:24 “Azərxalça” ASC-nin Tərtər filialı açıldı 3 İyun 2020, 14:18 İsveçrə mediasında Azərbaycandan yazıldı 3 İyun 2020, 14:16 Tibb müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləği müəyyənləşir 3 İyun 2020, 14:09 Bakıda qadının çantasını qaçıranlar tutuldu - FOTO 3 İyun 2020, 14:03 DYP-dən əhaliyə maska XƏBƏRDARLIĞI 3 İyun 2020, 13:58 Qaxda zəlzələ baş verib 3 İyun 2020, 13:52 Prezident “Tərtər” elektrik yarımstansiyasında AÇILIŞDA 3 İyun 2020, 13:46 Sabahın hava PROQNOZU 3 İyun 2020, 13:40 Yüksək postu itirən məmurlar - Onlar aşağı vəzifəni özlərinə sığışdırmırlar...   3 İyun 2020, 13:35 Dənizdə batan "Jeep" çıxarıldı 3 İyun 2020, 13:32 Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir - Akif Nağı 3 İyun 2020, 13:30 Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu 3 İyun 2020, 13:27 İlham Əliyev avtomobil yolunu yenidənqurmadan sonra istifadəyə verdi 3 İyun 2020, 13:24