Modern.az

Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ

Məzahir Pənahovdan deputatlığa namizədlərə ÇAĞIRIŞ

17 Yanvar 2020, 14:56

“Namizədlərə əmlaklarını qeyd etmələri barədə müraciət edilib. Bununla bağlı dairə seçki komissiyalarına irad bildirmək olmaz”.

 

Modern.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, bəzi namizədlər əmlakları ilə bağlı gülünc fikirlər səsləndirirlər:

 

“Məsələn, elə namizədlər var deyir, atasından qalan əmlak yadından çıxıb. Buna nə cür inanmaq olar?”

 

MSK sədrinin sözlərinə görə, əmlakları haqqında düzgün məlumat göstərməyən namizədlər nə üçün əmlaklarını göstərmədiklərinə dair tutarlı bir səbəb göstərmirlər:

 

“Adi bir səhvə görə onların namizədliklərini qeydə alınmır. Burdan belə bir məntiqi nəticə çıxır ki, bu adamlar namizədliklərinin qeydə alınmaması üçün belə edirlər. Bunların qeydə alınmamaqda məqsədləri nədir bilmirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI