Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2020-ci ilin yanvar ayının 31-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Heydər Əliyev parkı, 9-cu mkr., Z.Hacıyev küçəsi, 92) Sumqayıt şəhərindən, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Modern.az xəbər verir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xızı rayon Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev prospekti, 37 ) Xızı rayonundan olan vətəndaşları qəbul edəcək.
2020-ci ilin yanvar ayının 23-də saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Abşeron rayon Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, Heydər Əliyev parkı) Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra №-si | Şəhər (rayon) | Əlaqələndirici şəxs | Əlaqə telefonu |
1 | Sumqayıt şəhəri | Mehman Şükürov | 050-319-18-25 018-654-46-51 |
2 | Qubadlı rayonu | İlham Əhmədov | 055-359-39-39 018-654-46-51 |
3 | Şuşa rayonu | Zahid Abbasov | 050-221-30-09 012-514-09-05 |
4 | Xızı rayonu | Möhsün Bağırov | 050-349-41-89 023-315-03-45 |
5 | Abşeron rayonu | İlham Manafov | 051-699-00-37 012-342-11-32 |
6 | Zəngilan rayonu | Mehman Nəsirov | 055-440-55-64 012-341-40-21 |