Modern.az

Tahir Mirkişili seçicilərə HESABAT verdi - FOTO, VİDEO

Tahir Mirkişili seçicilərə HESABAT verdi - FOTO, VİDEO

19 Yanvar 2020, 01:26

42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişilinin seçicilərlə ilk kütləvi görüşü olub.

 

Modern.az  xəbər verir ki, Sumqayıtda  keçirilən görüş həm də HESABAT xarakteri daşıyıb:

"Ötən 4 il ərzində Sumqayıtda, Milli Məclisdə və Beynəlxalq arenada göstərdiyimiz fəaliyyət barədə ilk dəfə olaraq ictimai hesabat verdik. Ölkədə aparılan islahatlardan və sosial siyasətdən danışdıq.


Daha sona 9 fevralda Yeni Azərbaycan Partiyasının namizədi olaraq Milli Məclisə keçirilən seçkidə qalib gəldiyimiz təqdirdə hansı işləri görmək planlarından bəhs etdik.


İnsanlarda ölkədə aparılan islahatlara böyük inam var. Seçkilərin uğurlu keçəcəyi və ölkəmizin inkişafında yeni bir səhifə açacağı hər kəsin yekdil fikri oldu".


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi