Modern.az

Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi

Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi

19 Yanvar 2020, 18:42

86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov yanvarın 19-da özünün seçkiqabağı təşviqat kampaniyası çərçivəsində daha iki kənddə seçicilərlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, Bizlan və Minkə kənd sakinlərinin görüşünə gələn Novruz Aslanovu səmimi qarşılayan insanlar öncə namizədə təşəkkür edib, ona uğurlar arzulamışlar.

 

Novruz Aslanov da öz növbəsində bu yeni ildə hamıya uğurlar arzulayaraq, bu il də dövlətimizin həyata keçirdiyi islahatların davamlı olacağını, xüsusilə sosial sahəyə diqqətin daha da artırılacağını, zəruri layihələrin bütün bölgələrimizi, o cümlədən İsmayıllı rayonunu da əhatə edəcəyini vurğulamı. Bu il qəbul edilən dövlət büdcəsinin digər illərlə müqayisədə daha çox olduğunu önə çəkərək, vətəndaşlarımızın rifahının yüksəldilməsi üçün imkanların artırılacağını diqqətə çatdırmışdır. Əsas istiqamətlərdən birinin bölgələrdə keyfiyyətli yol infrastrukturunun inkişafını daha da genişləndirərək bütün qəsəbə və kəndlərin yol probleminin mərhələli şəkildə həllini təmin etmək, təbii qaz, içməli su, enerji kimi vacib məsələlərin həlli istiqamətində zəruri layihələrin həyata keçirilməsinə səylərin artırılacağını və belə məsələlərin daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirmişdir.    

 

Minkə kənd sakinləri yararsız vəziyyətdə olan yolun yüksək keyfiyyətlə asfaltlanmasını, həmçinin ətraf kəndlərə də yolun çəkilişinə görə dövlət başçısına, əlaqədar strukturlara və buna nail olunması üçün müvafiq qurumlara rəsmi müraciətlər edən Novruz Aslanova öz təşəkkürlərini bildirmişlər.

 

Bizlan kəndindəki görüşdə içməli su probleminin həllinə yaxından köməklik göstərən Novruz Aslanova müraciət edən sakinlər təbii qaz probleminin həllinə də dəstək verməsini ondan xahiş etmişlər.

 

Novruz Aslanov bu kimi problemlərin həlli üçün dövlət başçısı tərəfindən hökumət strukturlarına müvafiq tapşırıqların verildiyini və bu işlərin icrasına şəxsən özünün nəzarət etdiyini bildirmişdir.    

 

Məlumat üçün bildirək ki, kəndlərdə növbəti görüşlər yanvarın 21-də davam etdiriləcək və 5-6 kəndi əhatə edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı