Modern.az

Abşeronda qadını keçmiş əri bıçaqlayıb

Abşeronda qadını keçmiş əri bıçaqlayıb

20 Yanvar 2020, 23:22

Abşeron rayonunda qadın keçmiş ərinin hücumuna məruz qalıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

1986-ci il təvəllüdlü Əliyeva Gülgəz Qurban qızına küçədə keçmiş əri hücum edib.

Əri bıçaqla onun boğazını kəsib. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, G.Əliyeva bir neçə ay bundan öncə ərindən boşanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!