Modern.az

Gəncə sakinindən “Kalaşnikov” tapıldı

Gəncə sakinindən “Kalaşnikov” tapıldı

21 Yanvar 2020, 16:46

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz  rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində “Makarov” sözü yazılan, qaz tapançası  aşkar olunaraq  götürülüb.

 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü