Modern.az

Rusiyada 55 min dollar dəyəri olan nadir zümrüd tapıldı

Rusiyada 55 min dollar dəyəri olan nadir zümrüd tapıldı

Aktual

21 Yanvar 2020, 23:23

Rusiyanın Sverdlovsk vilayətində Mariinsk mədənində nadir zümrüd tapılıb.

Modern.az-ın  "Trend"ə istinadən məlumatına görə, çəkisi 0,5 kiloqram olan zümrüdün qiyməti 55 min dollar məbləğində dəyərləndirilir.

Qeyd olunur ki, zümrüd rənginə görə birinci, sortuna görə ikinci kateqoriyaya aid edilir.

Həmin qiymətli daş yerin 260 metr dərinliyində aşkar edilib. Zümrüdü tapan mədənçilərə pul mükafatı verilməsi nəzərdə tutulur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir