Modern.az

Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO  

Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb - FOTO  

Aktual

22 Yanvar 2020, 17:54

YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən namizədi  Musa Quliyevin növbəti görüşü Gəncədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının fəalları ilə olub.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Musa Quliyev ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlər, qəbul olunan qanunlar, vətəndaş cəmiyyətinin inkişafı və hüquqları barədə məlumat vermiş, keçirilən bütün seçkilərdə vətəndaş cəmiyyəti üzvlərinin yüksək fəallığını təqdir edib.

 

Musa Quliyev eyni zamanda Azərbaycanın dünyada nüfuzunun və demokratik dövlət imicinin güclənməsində qht sektorunun rolu və vəzifələri haqqında da öz fikirlərini söyləyib.

 

Depuatlığa namizəd Yeni Azərbaycan Partiyasının vətəndaş cəmiyyətinin inkişafında aparıcı rolunu vurğulamış, milli qhtlər ilə əməkdaşlığa maraqlı olduğunu və onlara dəstək verdiyini də qeyd edib.

 

Görüşdə çıxış edən QHT fəalları vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında cənab Prezident İlham Əliyevin dəstək və qayğısını həmişə hiss etdiklərini bildirmiş, növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının kursunu Gəncəlilər tərəfindən bir mənalı olaraq dəstəklədiklərini ifadə ediblər.

 

Görüş iştirakçıları YAP-ın namizədi Musa Quliyevin vətəndaş cəmiyyəti üzvləri ilə sıx, işgüzar əlaqələrini xüsusi olaraq qeyd etmiş və milli məclisdə onu öz təmsilçiləri olaraq gördüklərini bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi