Arxiv
24 Yanvar 2020, 17:24 | ƏDƏBİYYAT
Yazarlar Anarın namizədliyinə qarşı: “82 yaşında da gözü vəzifədən doymur”

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm".

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AYB sədri Anar Rzayev deyib. Maraqlıdır görəsən, AYB-nin sədrinin yenidən namizədliyini irəli sürməsini yazıçılar necə qiymətləndirirlər?

 

Məsələ ilə bağlı yazıçı Əkrəm Əylisli saytımıza bunları söyləyib:

 

“Mən hər dəfə onlar haqqında bir söz söyləyəndə, nədənsə xəstəhal qarşılanır. Açıq danışaq, mən bu işə qarışmasam daha məqsədəuyğun olardı. Hesab edirəm ki, dəyişiklik olsa daha yaxşı olar. Hətta su da uzun müddət bir yerdə qalanda, artıq öz  keyfiyyətini itirir. Çox istərdim ki, təzələnmə prosesi tez-tez olsun. Hökm deyil ki, qoca getsin yerinə cavan gəlsin. Çünki indiki cavanların elə yazılarını oxuyuram ki, mənə qoca təsiri bağışlayır. Yəni cavanlıq təzəliyini orada hiss etmirəm. Hər bir sahədə yeniliklər mütləq olmalıdır”.

 

Yazıçı bu məsələni öz povesti ilə müqayisə edib.

 

“Mənim 1970-ci illərdə yazılmış bir povestim var idi. Povestdə qəhrəmanın dilindən belə bir söz söylənilir, fəsillər mütləq dəyişməlidir, dəyişməsə olmaz. Yəqin Anar müəllim hesab edir ki, çox böyük işlər görür. Ona görə yenə də vəzifədə qalmaq istəyir” -  deyən  Əkrəm Əylisli hesab edir ki, vəzifədə olan adam, uzun müddətli öz işində qalmır:

“Yəni işini görür və könüllü şəkildə ordan uzaqlaşır. İşini görən adam, beş il ərzində gərək işini bitirsin və getsin. Mənim əqidəmə görə 30 il bir işdə işləmək və yenidən namizədliyini irəli sürmək, sağlam bir düşüncədən xəbər vermir. Bu hərəkət onu göstərir ki, yəqin bu 30 ildə Azərbaycanda Yazıçılar Birliyində bir adam yetişmədi. Anar Rzayev yenidən namizədliyini irəli sürmək istəyir. Bunu da fakt kimi qəbul etdirmək çox acınacaqlı  bir vəziyyətdən xəbər verir”.

 

Əkrəm Əylisli AYB-nin onun üçün yadlaşdığını da bildirib.

 

“İnanın ki,  Azərbaycan Yazıçılar Birliyi mənə o qədər yadlaşıb ki, nəinki işlərinə qarışmaq, heç danışmaq belə ürəyim gəlmir. Bilirsiniz ki, vaxtilə mən ora çox bağlı bir adam olmuşam. Ancaq indi ürəyim tamam ordan uzaqlaşıb. Ona görə ki, mənim sözlərimi təhrif edərək, insanlara göstərəcəklər. Əslində sovet dövründə də təhrif ediblər, ancaq indiki kimi olmayıb. Guya ki, mən vəzifə tutmaq istəyirəm, nə bilim bu kimi gülməli şeylər söyləyirlər. Vallah elə sözlər söyləyirlər ki, özüm də məəttəl qalıram. Bax bu səbəbdən söz demək istəmirəm ki, mənim sözümə belə cavab vermirlər. Mən nə qədər Azərbaycan Yazıçılar Birliyi haqqında söz demişəmsə, ona qarşı adekvat bir söz söylənilməyib. Hətta bu yaxınlarda söylədim ki, 30 il bir vəzifədə oturmaq, sadəcə mənəvi bir yoxsulluqdur. Onlar belə fikir bildirdilər ki, Əkrəm Əylislinin mənəvi yoxsulluğu hər kəsə məlumdur. Bu kimi şeylər məni çox sarsıdır, ona görə ki, bir vaxtlar orada oturanlar mənimlə həmfikir olublar. Anar vəzifəyə gəlincə bütün fikirlərini mənimlə bölüşüb. İndi nooldu, vəzifəyə gəldin deyə fikirlərin haçalandı? Bildirmək istəyirəm ki, Azərbaycan Yazıçılar Birliyi yenilənməlidir“, - deyə yazıçı qeyd edib.

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü, şair Tural Turan hesab edir ki, bu sadəcə bir diktatorluqdur:

 

“Atalar sözü var, utanmasan oynamağa nə var ki? Adam vəzifə hərisidir. 82 yaşında da gözü vəzifədən doymur. Namizədliyini irəli sürmək haqqıdır. Amma 33 il bir quruma sədr olmaq diktatorluqdur. AYB artıq ədəbi proseslərə nəzarəti itirib. Anar da gəncləri tanımır. AYB-nin hazırkı idarə heyətinin orta statistik yaşı 70+dur. Bu o deməkdir ki, Anar özündən sonrakıları sadəcə olaraq "məhv" edib. Sözünü, fikrini əlindən alıb, manqurtlaşdırıb. Hətta seçkilərə belə Muqabe kimi alternativsiz gedir. Bir sözlə, Anar AYB-ni şəxsi ofisinə çevirib. Çevrəsində də yaltaqlardan ibarət "huri-qılman ordusu". Görək hara kimi gedəcək”.

 

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə bu addımı yüksək qiymətləndirdiyini vurğulayıb:

 

“Çox yaxşı qiymətləndirirəm. Hətta müsahibələrimin birində də söyləmişəm ki, Anar müəllim öz namizədliyini yenidən irəli sürəcək. İnşallah ki, qurultay da olar və Anar müəllim yenidən sədr seçilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin martın 1-nə olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kolon"dan DANIŞDI 28 Fevral 2021, 17:02 “Azərişıq”dan smart kart ödənişi ilə bağlı yayılan iddialara - Reaksiya 28 Fevral 2021, 16:45