Arxiv
26 Yanvar 2020, 21:41 | AKTUAL
Qənirə Paşayeva seçicilərin problemlərini dinlədi - FOTOLAR

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Bozalqanlı kəndindən olan seçicilərlə görüşüb. 

Modern.az  xəbər verir ki, sakinlərlə görüşdə Q.Paşayeva 14 illik deputat fəaliyyətindən bəhs edib.

Q.Paşayeva  bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə təmsil etməyə, Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına var gücü ilə çalışdığını bildirib:

“Millət vəkili olduğum dövrdə Tovuzda nə özüm, nə də ailəm üçün 1 sot torpaq belə almadım. Tovuzda mənim ailəm kiçik də olsa heç bir bizneslə məşğul olmadı və mənim ailəmin nə burada, nə də Azərbaycanın hər hansı bir bölgəsində heç bir biznesi yoxdur. Qohumlarımın Tovuzda vəzifəyə təyin edilməsi xahişi ilə  heç bir zaman  müraciət etmədim. Bu 14 il ərzində hər zaman Tovuzu və tovuzluları layiqincə təmsil etməyə, sizi narahat edən məsələləri Milli Məclisdə səsləndirməyə və həllini tapması üçün aidiyyatı qurumlara müraciət etməyə çalışdım. Bu illər ərzində tovuzlulardan mənə ünvanlanan və Milli Məclisdə rəsmi qeydiyyatdan keçən yüzlərlə məktubun hər birinin araşdırılması, baxılması və həllini tapması üçün müvafiq qurumlara rəsmi məktub ilə göndərdik. Millət vəkili olduğum illərdə sizin müraciətləriniz əsasında göndərilən məktubların sayını arzu edən hər bir vətəndaş Milli Məclisin müvafiq şöbəsindən əldə edə bilər. Eyni zamanda sizi təmsil edən millət vəkili olaraq ölkəmizi çalışdığım beynəlxalq təşkilatlarda, iştirak etdiyim beynəlxalq tədbirlərdə layiqincə təmsil edə bilmək və hamımızın yaralı yeri olan Qarabağ probleminin dünyada tanıdılması istiqamətində var gücümlə çalışdım. Əgər təkrar dəstək və etimad göstərərsinizsə sizin Milli Məclisdə səsiniz olaraq bundan sonra da sizi narahat edən və maraqlandıran məsələləri səsləndirməyə çalışacağam”.

 
Q.Paşayeva Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilən böyük işlər, önəmli layihələri vurğulayaraq rayonun həllini gözləyən problemlerinin həllinin daha da sürətlənəcəyini deyib.

Ölkəmizin inkişafı istiqamətində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan böyük islahatlardan da danışan Q.Paşayeva bildirib ki, bu istiqamətdə hər birimiz əlimizdən gələni etməliyik.

 
Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirərək, yenidən ona səs verəcəklərini deyiblər.

 
Görüşdən sonra Q.Paşayeva kənd sakinlərinin istəyi ilə  vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb, sakinləri narahat edən problemlərin həll olunması istiqamətində müvafiq qurumlara müraciət edəcəyini deyib.

Q.Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı, seçki platformasından da danışıb, vətəndaşları maraqlandıran, narahat edən məsələlərlə bağlı bəzi sualları da cavablandırıb.


Q.Paşayeva həmçinin kəndi gəzərək bir sıra şəhid ailələri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb və hər zaman yanızdayıq deyib.

Seçkilərdə təkrar ona dəstək və etimad göstərəcəyini deyən şəhid ailələrinə dərin təşəkkürünü bildirən Q.Paşayeva onların bu dəstəyininin özü üçün mənəvi anlamda da çox böyük olduğunu qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırır 25 Fevral 2020, 00:52 Bakıxanovda piyadanı vuran sürücü qaçdı 25 Fevral 2020, 00:36 "Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı 25 Fevral 2020, 00:21 Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur 25 Fevral 2020, 00:03 Daha bir ölkədə koronavirus aşkarlandı 24 Fevral 2020, 23:50 Şəkidə biri azyaşlı olmaqla 4 nəfəri it dişləyib 24 Fevral 2020, 23:33 Azərbaycan nefti ucuzlaşıb 24 Fevral 2020, 23:19 Xırdalanda 18 yaşlı gənc bıçaqlandı 24 Fevral 2020, 23:03 Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard dollar istəyəcək 24 Fevral 2020, 22:39 Şəhid İbrahim Vəliyevin cənazəsi  Zərdaba gətirildi -  VİDEO 24 Fevral 2020, 22:16 Madər Musayevin dairəsi ilə bağlı şikayət təmin edilmədi 24 Fevral 2020, 21:57 İranda koronavirusdan ölənlərin sayı artdı 24 Fevral 2020, 21:53 Ləman Ələşrəfqızının şikayəti əsasında 3 məntəqədə nəticə ləğv edildi 24 Fevral 2020, 21:36 Abşeronda 64 yaşlı qadın dənizdə batdı 24 Fevral 2020, 21:24 Ucar Seçki Dairəsində iki məntəqənin nəticələri ləğv edildi 24 Fevral 2020, 21:11 İrandan Azərbaycana gələn daha iki nəfər xəstəxanaya yerləşdirildi 24 Fevral 2020, 21:01 Sumqayıtda marşrut avtobuslarında pulsuz Wi-Fi quraşdırıldı 24 Fevral 2020, 20:46 Daha bir məntəqədə seçkilərin nəticəsi ləğv edildi 24 Fevral 2020, 20:29 MSK Azər Qasımlının şikayətini təmin etmədi 24 Fevral 2020, 20:24 AzTV-nin gənc aparıcısı sədr müavini TƏYİN OLUNDU 24 Fevral 2020, 20:06 Yeni baş direktor Əkbər Hacıyevin kadırını işdən çıxardı 24 Fevral 2020, 20:00 Ziyad Səmədzadənin dairəsi ilə bağlı qərar VERİLDİ 24 Fevral 2020, 19:41 Ceyhun Məmmədovun dairəsində bir məntəqənin nəticələri ləğv olundu 24 Fevral 2020, 19:32 MSK sədri: “Məzahir Pənahovun yanında Stalin toya getməlidir” 24 Fevral 2020, 19:23 Nigar Arpadarainin dairəsində ləğv edilən məntəqələrinin sayı 7-yə ÇATDI 24 Fevral 2020, 19:14 Bəzi şagirdləri məktəbə buraxmadılar 24 Fevral 2020, 19:05 Məzahir Pənahov: “Əsgərlərin hamısının eyni namizədə səs verməsinin səbəbini deyə bilmərik” 24 Fevral 2020, 18:56 Daha bir ərəb ölkəsində koronavirus aşkarlandı   24 Fevral 2020, 18:47 MSK Naqif Həmzəyevin dairəsini ARAŞDIRACAQ  24 Fevral 2020, 18:39 Heydər Əliyev Fondu aktyorun müalicəsini üzərinə götürdü 24 Fevral 2020, 18:36 MSK Rauf Əliyevin dairəsi ilə bağlı şikayəti RƏDD ETDİ   24 Fevral 2020, 18:28 Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı 24 Fevral 2020, 18:25 Bakıda sevgililər dəm qazından boğularaq öldü 24 Fevral 2020, 18:21 MSK-dan Nizami Cəfərovun dairəsi ilə bağlı QƏRAR - məntəqə ləğv edildi 24 Fevral 2020, 18:20 Yaranışın yeni formuluŞərq hikməti və ya “Mühəndislik fəlsəfəsi” 24 Fevral 2020, 18:14